Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Müsahibə
    "Bakıda sevimli yeməyim quzu ətidir" – Amerikalı legioner
    12.01.2025 14:24:18

    "Abşeron" basketbol komandasının hücumçusu Ceyln Şou klubun mətbuat xidmətinə müsahibə verib.

    Prosport.Az həmin müsahibəni təqdim edir:

    – Artıq bir neçə müddətdir ki, ölkəmizdəsiniz. Bakı haqqında təəssüratlarınızı bilmək maraqlıdır...
    – Azərbaycandan həzz alıram. Bakıda bir neçə müxtəlif yerlərdə olmuşam və getdiyim hər yer həqiqətən də mükəmməl dizaynlı və gözəl olub.

    – Ümumiyyətlə, Azərbaycandan təklif kimin vasitəsi ilə gəldi? Ölkəmiz haqqında öncədən məlumatınız var idi?
    – Buradakı sabiq köməkçi məşqçi Daviti Çivçivadze mənə bura gəlməyi təklif etdi. O mənə burada nə etdiklərini, şəhərin gözəl və təhlükəsiz olduğunu dedi.

    – Azərbaycandan təklif alanda kiminləsə məsləhətləşmisiniz?
    – Səmimi desəm, Bakı haqqında heç bir məlumatım yox idi. Sənəd imzalayanadək heç nə eşitməmişdim.

    – Bura necə uyğunlaşdınız?
    – Mən adətən getdiyim hər yerə uyğunlaşa bilirəm. İnsanların dinini, inanclarını, qaydalarını olduğu kimi qəbul edən insanam.

    – Basketbola keçid edək. Ölkə çempionatını və “Abşeron”un geridə qalan turlardakı oyununu necə dəyərləndirirsiniz?
    – Son zamanlar komandada bəzi dəyişiklər olub. Mən səbirsizliklə gözləyirəm ki, dəyişikliklərin çətinliyi ilə necə mübarizə aparacağıq. Məncə, hər şeyin ən yaxşısına layiq olduğumuzu sübut edə bilərik.

    – Azərbaycan Basketbol Liqasında müsbət və mənfi məqamlar haqqında fikirinizi bilmək istərdim...
    – Mənim liqa ilə bağlı pozitiv və ya neqativ deyə biləcəyim bir şey yoxdur. Mən olduğum vəziyyətləri tənqid edəcək tip insan deyiləm.

    – Kollektivlə və baş məşqçi ilə münasibətləriniz necədir?
    – Mən baş məşqçi və komanda yoldaşlarım ilə çox yaxınam. Biz bir-birimizi təkmilləşdirmək istiqamətində daha da çox çalışırıq.

    – Siz komandanın əsas oyunçularından hesab olunursunuz. Bir neçə matçda mən sizə xüsusi fikir vermişəm. Ünsiyyətcil olmağınızla yanaşı, həm də bir qədər tez həvəsdən düşən və ya tez inciyə bilən biri kimi təəssürat yaratmısınız. Elədir?
    – Mən elə tez həvəsdən düşən və ya inciyən biri deyiləm. Mən məğlub olmaqdan nifrət edirəm. Lakin bir halda qəbul edərəm ki, biz hər şeyimizi ortaya qoyub, mübarizə aparıb uduzaq. Bax hə, o halda uduzanda çox əsəb keçirmirəm. Mən özümü və komandamı ən yaxşı standartlarda görmək istəyirəm. Özümə hər zaman tənqidi yanaşan olmuşam. Oyunda olarkən komanda yoldaşlarıma deyirəm ki, əgər biz oyun ərzində standart performans sərgiləyiriksə, bu, yaxşı hal deyil. Biz çalışmalıyıq ki, fərqli oyun nümayiş etdirək və inkişaf edək.

    – Ümumiyyətlə ABŞ və Azərbaycanda idmana yanaşmada və mentalitetdə fərqlər ola bilər. Bu sizə çox problem yaratmayıb?
    – Mən ABŞ və Azərbaycan haqqında hər hansısa bir fərqləndirmə etmək istəmirəm. Amma onu deyə bilərəm ki, biz amerikalılar istənilən komandaya qatdığımız güclə bərabər, həm də bu işə ümumilikdə yaxşı sərmayə edirik. Ona görə də biz amerikalılar bu idman növündə səylə çalışır və inkişaf edirik.

    – Buradan sonrakı karyeranızı harada davam etdirmək istəyərdiniz?
    – Ümumiyyətlə mən hər gün yeni nə isə öyrənmək həvəsində olan birisiyəm. Bilirəm ki, oynadığım hər bir komandada başqalarından yeni biliklər öyrənirəm və mənim oyun stilimdə daha da yüksək səviyyədə inkişafıma təkan verir. İstəyərdim ki, oynadığım hər komanda yüksək məvacib verə bilən, təhlükəsiz və rahat olsun.

    – Ümumi olaraq basketbolda kumir olaraq kimi seçmisiniz?
    –
     Mənim kumirim Kevin Dürantdır. Amma buna baxmayaraq, Nikola Yokiçi çox sevirəm. O, eqoist deyil və o, İQ-sü ilə komandaya böyük təsir göstərib. Assistlər, xal qazanması və s. göstəricilərdə mükəmməldir.

    – NBA klublarından kimə azarkeşlik edirsiniz?
    – Elə “Denver Naqets” deyərdim.

    – Qayıdaq yenidən Bakı və sizə. Burada ən çox hansı yeməyi sevirsiniz?
    – Mənim Bakıda sevimli yeməyim quzu ətidir. Mən onu çox sevirəm.

    – Boş zamanını burada necə dəyərləndirirsiniz?
    – Mən burada boş vaxtlarımı bərpa prossesinə həsr edirəm. Bununla yanaşı, həm şəxsi keyfiyyətlərimin, həm də həyat standartlarının daha da yüksəldilməsi istiqamətində müxtəlif şeylər öyrənirəm.

    Basketbol

    "Rəqib bizim səhvlərimizdən 18 xal qazandı" - Tahir Baxşıyev

    19.10.2026 22:15:29
    Top oyunları

    "2-ci hissədə yaxşı oynamadıq" - "Sabah"ın baş məşqçisi

    19.10.2026 21:40:31
    Top oyunları

    "Sabah" bu dəfə də qalib gəldi

    19.10.2026 20:47:19
    Basketbol

    "Oyunçular hətta onlardan nə tələb etdiyimi tam anlamır" – "Sumqayıt"ın baş məşqçisi

    18.10.2026 23:03:25
    Basketbol

    "Müdafiədə etibarlı oynadıq" - Konstantinos Vasiliadis

    18.10.2026 22:42:10
    Top oyunları

    "Neftçi"dən rahat qələbə

    18.10.2026 20:20:39
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Neftçi"nin sabiq prezidenti Macarıstana gedir

    20.10.2026 12:52:52

    Rəşad Nəbiyev dünya çempionatında iştirak edən cüdoçularla görüşdü

    20.10.2026 12:16:58

    "Sabah"ın gəncləri ilk xal axtarışında

    20.10.2026 11:16:27

    U-15 dünya çempionatının ilk iştirakçısı Bakıya gəldi - FOTOLAR

    20.10.2026 10:56:39

    "Turan" Çempionlar Liqasında mübarizəyə başlayır

    20.10.2026 10:24:06

    Çempionlar Liqası: "Sabah" Almaniya nəhənginə qarşı

    20.10.2026 10:00:00

    Millimizin üzvü Azərbaycana qayıtmaq istəyir

    19.10.2026 23:54:18

    Toral Bayramov oynadı, "Bursaspor" liderlə xaı fərqini azaltdı

    19.10.2026 23:17:23

    Azərbaycanın 2 taekvondçusu Qətərdə döyüşəcək

    19.10.2026 22:41:13

    "Rəqib bizim səhvlərimizdən 18 xal qazandı" - Tahir Baxşıyev

    19.10.2026 22:15:29

    "2-ci hissədə yaxşı oynamadıq" - "Sabah"ın baş məşqçisi

    19.10.2026 21:40:31

    Azərbaycanı Avropa çempionatında 17 cüdoçu təmsil edəcək - ADLAR

    19.10.2026 21:12:30

    Gəncədə qaliblər müəyyənləşdi

    19.10.2026 20:51:33

    "Sabah" bu dəfə də qalib gəldi

    19.10.2026 20:47:19

    Akim Zedadka: "Oyundan zövq almaq istəyirik"

    19.10.2026 20:38:42
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved