Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Müsahibə
    "Qarabağ" Juninyunun transferindən böyük uğur əldə edəcək" – Qurban Qurbanov
    9.01.2025 16:41:30

    "Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov  “Kəpəz”ə qarşı keçirilmiş yoxlama oyunundan (5:1) sonra jurnalistlərin suallarını cavablandırıb.

    Prosport.Az həmin müsahibəni təqdim edir:

    – Əvvəcə hazırlığın gedişi və bugünkü oyun barədə fikirlərinizi bölüşərdiniz...
    – Çox az vaxtdır ki, yığışmışıq. Hələ hazırlığın az bir hissəsini geridə qoymuşuq. Bu günlərdə istədik ki, 1 oyun keçirək və futbolçulara şərait yaradaq. Oyunçulara tapşırmışdıq ki, tələsməsin, ehtiyatlı oynasınlar. Hazırlıq üçün vaxtımız çox azdır. Bugünkü oyun komanda üçün faydalı oldu. Azər Bağırova təşəkkür edirəm ki, təklifimizi qəbul etdilər və bizimlə bu oyunu keçirdilər. Yanvarın 12-də “Zirə” ilə növbəti oyunu keçirəcəyik. Əsas odur ki, ayın 17-də və 23-dəki oyunlara komandanı normal vəziyyətə gətirək.

    – Zədəli futbolçuların vəziyyəti necədir?
    – Bədəvi Hüseynov hələ komanda ilə məşq etmir. Bəhlul Mustafazadə və Marko Veşoviçə bu gün 20-25 dəqiqə şərait yaratdıq. Abdellah Zübeyrin neçə gündür ki, hərarəti var idi. Yavaş-yavaş tam bərpa olunurlar. Aleksey İsayev də əməliyyat olunub, lakin ilk gündən məşq edir. Ona da ehtiyalı olmağı tapşırmışdıq.

    – Yassin Benziyanın yoxluğu nə ilə əlaqədardır?
    – Anasının durumu ağırdır. Ona görə hələ qayıtmayıb. Xəbər göndərdi və biz də razılaşdıq ki, hələlik anası ilə birlikdə olsun. Nə vaxt geri qayıdacağı bilinmir.

    – “Kəpəz”lə oyunda “Qarabağ” Akademiyasının da bir neçə futbolçusuna şans verdiniz. Gənclərdən nə dərəcədə razısınız?
    – Bir neçə futbolçu bizimlə məşqlərdə iştirak edir. Hələ daha çox çalışmalıdırlar. İstəklidirlər, çalışqandırlar, lakin daha diqqətli olmalıdırlar.

    – Juninyunun transferi ilə bağlı son durum necədir?
    – Hələ konkretləşməyib. Bəzi nüanslar var. Oyunçunun özünün istəyi də vacibdir. Əvvəl “Sebiya” ilə danışılmışdı. Sonra “Flamenqu” da təklif göndərdi. Danışıqlar gedir. Yəqin ki, qarşıdakı günlərdə məsələ yekunlaşacaq.

    – Yeni transfer gözlənilirmi?
    – Çox istəyirik. İşimizin daha çox hissəsini yeni oyunçulara ayırmışıq. Hələ alınması real görünmür. Son günlərin danışıqlarına görə belə deyirəm. Hələ vaxtımız var. Çalışacağıq ki, nəsə edək.

    – UEFA Avropa Liqasındakı oyunların Juninyunun mümkün gedişinə təsiri oldu?
    – Bəzən futbolçuları da, təklif göndərən klubu da nəzərə almaq lazımdır. Həm “Sebiya”, həm də “Flamenqu"ya futbolçumuzun gedişi “Qarabağ”ın böyüməsi, bu kluba diqqətin artırılması deməkdir. Son günlər İspaniya və Braziliya mətbuatında “Qarabağ” və Azərbaycan futbolu haqda xeyli müzakirələr gedir. Artıq digər futbolçularımızı da analiz edirlər. Keçmiş və indiki formaları müzakirə olunur. Ola bilər ki, biz futbolçunu itirəcəyik. Lakin klub bu transferdən böyük uğur əldə edəcək. Yeni oyunçular da gələcəkdə “Qarabağ”a daha rahat gələcək. Hər tərəfli baxsaq, futbol və siyasi baxımından bu, çox vacibdir.

    – Nəzərə alsaq ki, Redon Cica da Avropa Liqasının oyunları üçün transfer olunmayıb, o zaman hücum xəttindəki problemləri necə həll etməyi düşünürsünüz?
    – Variantlarımız var. Hansısa addım atmalıyıq. Dəfələrlə belə hallar olub və çıxış yolu tapmışıq. O mövqedə oynayan futbolçular var.

    – Sizin üçün Juninyunun “Sebiya”ya, yoxsa “Flamenqu”ya getməyi önəmlidir?
    – 
    Əlbəttə, futbolçunun istəyi çox önəmlidir. Bəlkə bizim üçün “Sebiya” daha maraqlı olardı. Avropadır, bizə bəlkə daha yaxındır. Köklü klubdur. Dəvət etdiyimiz futbolçular da ispan, portuqal futboluna yaxındır. Lakin “Flamenqu” da köklü klubdur. Ronaldinyu kimi futbolçu ordan çıxıbsa, deməli, o klubun da böyük iş prinsipləri var. Mənim üçün ciddi fərqi yoxdur. Əsas oyunçunun ürəyincə olsun. O klubdakı perspektivi daha yaxşı olsun.

    Futbol

    "Qarabağ"a transferim baş tutmadı" - Belaruslu qapıçı

    4.09.2026 12:10:32
    Güləş

    “Növbəti hədəfim dünya çempionu olmaqdır” - Camal Feyziyev

    2.09.2026 18:51:59
    Müsahibə

    "İkiqat dünya çepionu olmaq istəyirəm" – Vüsal Əliyev

    31.08.2026 19:28:46
    Müsahibə

    "Qol epizodlarından istifadə edə bilmirik" - "Zirə"nin futbolçusu

    31.08.2026 14:12:41
    Futbol

    "Qarabağ"a qarşı məndə daha çox əsəb və qəzəb vardı" – Aleksey İsayev

    28.08.2026 16:49:30
    Müsahibə

    "Hər şeyi etdik, amma alınmadı" – Kadi

    28.08.2026 12:00:41
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Avropa çempionatı: Millimiz 2 məğlubiyyətlə pley-offda

    4.09.2026 23:45:24

    "Böyükhesablı məğlubiyyət ağırdır" - Azər Məmmədov

    4.09.2026 23:07:07

    "Azərbaycan futboluna yeni adlar qazandırmaq istəyirik" - Azər Bağırov

    4.09.2026 22:47:20

    "Kəpəz" evdə "Şamaxı"ya böyük hesabla uduzdu – VİDEO

    4.09.2026 22:06:57

    Millimiz Gürcüstanla 2 oyun keçirəcək

    4.09.2026 21:53:26

    "Qəbələ" bizdən daha istəkli idi" - Fərid Namazov

    4.09.2026 21:07:05

    "Hakimin qərarına söz deyə bilmərik, tər-təmiz penalti idi" - Amil Ağacanov

    4.09.2026 20:32:23

    Superliqa klubunda yeni baş məşqçi

    4.09.2026 20:27:52

    "Qəbələ" yeni mövsümdə ilk qələbəsini qazandı – VİDEO

    4.09.2026 19:54:46

    Azərbaycan I Liqasında ilk tura yekun vuruldu

    4.09.2026 19:27:35

    "Kəpəz" - "Şamaxı": HEYƏTLƏR

    4.09.2026 19:20:22

    Azərbaycanı İsveçrədə onlar təmsil edəcəklər - ADLAR

    4.09.2026 18:43:14

    "Sabah"ın Çempionlar Liqasındakı rəqibində ayrılıq

    4.09.2026 18:12:36

    Bakı Güləş Məktəbinə 47 şagird qəbul olundu

    4.09.2026 17:45:47

    Avropa çempionatı: 2-ci gündə medal olmadı

    4.09.2026 17:13:57
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved