Portuqaliyanın Odivelas şəhərində keçirilən cüdo üzrə yeniyetmələr arasında Avropa çempionatında Azərbaycan cüdoçuları 4 qızıl və 1 bürünc medal əldə edib.
Prosport.Az xəbər verir ki, turnirin ilk günündə 6 çəki dərəcəsində 8 cüdoçumuz medallar uğrunda mübarizə aparıb.
Oğlanlar arasında Məhəmməd Məmişov (50 kq), Mirxaliq İskəndərov (55 kq), Məhəmməd Musayev (60 kq), qızlar arasında isə Vüsalə Hacıyeva (48 kq) bütün rəqiblərini məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Oğlanlar arasında Əhməd Rüstəmov (50 kq) çempionatın bürünc medalını qazanıb.
Qızlar arasında isə Nigar Məmişova (40 kq) 7-ci yerə çıxıb.

