Beynəlxalq Cüdo Federasiyası "Yüksələn Ulduz" adına namizədlər haqqında videorolik hazırlayıb.
Prosport.Az xəbər verir ki, nominantlar arasında Azərbaycan cüdoçusu Nihad Məmişov da yer alıb.
Təmsilçimiz 2024-cü ildə Perunun paytaxtı Limada yeniyetmələr arasında keçirilmiş dünya çempionatının qalibi olub.
Yanvarın 10-da başa çatacaq səsvermənin nəticələrindən sonra uğur qazanan cüdoçunun adı açıqlanacaq.