Fiqurlu konkisürmə üzrə Avropa çempionatında iştirak edəcək Azərbaycan millisinin heyəti bəlli olub.
Prosport.Az xəbər verir ki, yığmamız Estoniyanın paytaxtı Tallinndə keçiriləcək yarışda 2 növdə təmsil olunacaq.
Kişilərin fərdi mübarizəsində Vladimir Litvintsev çıxış edəcək. Buz üzərində rəqslərdə isə Samanta Ritter və Denis Brıkalov dueti mübarizə aparacaq.
Qeyd edək ki, Avropa çempionatı yanvarın 28-dən fevralın 2-dək keçiriləcək.
