Bakıda keçiriləcək cüdo üzrə "Böyük Dəbilqə" turnirində iştirakla bağlı ilk müraciətlər daxil olmağa başlayıb.
Prosport.Az xəbər verir ki, Kanada və Kosovonun ardınca ABŞ komandası da fevralın 14-16-da Milli Gimnastika Arenasında təşkil ediləcək reytinq yarışına gəlmək niyyətindədir.
Düzdür, amerikalıların ilkin heyətinə yalnız 1 idmançı – yeniyetmələr arasında dünya çempionatının ikiqat mükafatçısı və olimpiya iştirakçısı Cek Yonezuka (73 kq) daxil edilib. Ancaq daha sonra ABŞ komandasının tərkibi genişləndirilə bilər.