Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Cüdo
    Azərbaycan Cüdo Federasiyası ilə yekun vurdu
    28.12.2024 18:09:41

    Azərbaycan Cüdo Federasiyası (ACF) ölkənin müxtəlif bölgələrindən olan 150 məşqçinin iştirakı ilə ümumrespublika seminarı keçirib.

    Prosport.Az xəbər verir ki, görüşdə növbəti ilin planları, yarış təqvimi müzakirə edilib, həmçinin cüdoda tətbiq ediləcək yeni qaydalar izah olunub.

    Azərbaycan İdman Akademiyasında keçirilən görüşdə ACF-in prezidentinin müşaviri və Hakimlər Komitəsinin sədri Natiq Bağırov, icraçı vitse-prezident Rəşad Rəsullu, baş katibin müavini və idman direktoru Kamran Talıbov, daxili yarışlar üzrə menecer Ağayar Axundzadə, təhsil meneceri Orxan Oruczadə iştirak edib.

    Görüş zamanı idman təşkilatları və məşqçilərə “Judo Manager” proqramından istifadə etmələrinin ACF-nin tələbi olduğu bir daha izah olunub. Bununla yanaşı, kəmər və dan dərəcələrinin verilməsi qaydaları ilə bağlı müzakirə aparılıb, klubların lisenziyalaşdırma proseduru və tələbləri detallı şəkildə iştirakçılara izah edilib.

    Seminar iştirakçılarına “Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əməl etməyin zəruriliyi ilə bağlı xatırlatma edilib və onlardan bütün idmançıların sağlamlıq arayışlarının mövcudluğunu təmin etmələri tələb olunub. Bundan əlavə, 2025-ci ildə keçiriləcək tədbirlərin təqvimi təqdim edilib və qarşıdakı yarışlarda iştirak qaydaları ətraflı şəkildə müzakirə olunub.

    Daha sonra məşqçilərin sertifikatlaşdırılması və lisenziyalaşdırılması üzrə hazırlnan təlimatın layihəsini seminar iştirakçılarına təqdim edilib. Sənədin məqsədi cüdo idman növü ilə peşəkar və ya həvəskar səviyyədə məşğul olan şəxslər üçün məşqçi fəaliyyəti göstərənlərin təhsil və təlimi, inkişafı, qiymətləndirilməsi və lisenziyalaşdırılması prosesini müəyyənləşdirməkdən ibarətdir. Sənəd layihəsinin cüdo ictimaiyyəti ilə müzakirəsi bitdikdən sonra yekun layihə təsdiq üçün ACF İcraiyyə Komitəsinə təqdim ediləcək.

    Seminarın ikinci hissəsində Hakimlər Komitəsinin sədri Natiq Bağırov məşqçilərə Beynəlxlalq Cüdo Federasiyası tərəfindən elan edilmiş yeni qaydaların nəzəri və praktiki izahını verib, bu istiqamətdə onların çoxsaylı suallarını cavablandırıb.

    Görüş zamanı bir sıra məqşçilərə dan dərəcələri də təqdim edilib.

    Cüdo

    Cüdoçularımız Asiya Açıq Turnirinə 8 medalla başladılar

    17.10.2026 20:40:29
    Cüdo

    Prezident 4 idmançını təltif etdi - ADLAR

    16.10.2026 14:41:34
    Cüdo

    Cüdo millimizin Asiya Açıq Turniri üçün heyəti bilindi

    15.10.2026 16:45:28
    Cüdo

    ABŞ səfirliyi cüdo millimizi təbrik etdi

    13.10.2026 18:48:47
    Cüdo

    Marius Vizerdən Azərbaycana dünya çempionatı təşəkkürü

    13.10.2026 17:51:33
    Cüdo

    Cüdo üzrə Bakı mundialı daha bir tarixi nəticə ilə yadda qalıb

    13.10.2026 16:09:39
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Premyer Liqada mövsümün tamaşaçı rekordu qeydə alındı

    19.10.2026 10:49:36

    2 idmançımız zədələndi, millimiz yarımfinal görüşünə çıxa bilmədi

    19.10.2026 10:26:41

    "Sabah”la görüşdə eyni səhvləri təkrarlamamalıyıq" - "Borussiya"nın idman direktoru

    19.10.2026 10:00:14

    "Qalatasaray"ın keçmiş prezidenti Bakıya gəlir

    18.10.2026 23:17:21

    "Oyunçular hətta onlardan nə tələb etdiyimi tam anlamır" – "Sumqayıt"ın baş məşqçisi

    18.10.2026 23:03:25

    Karateçilərimiz dünya çempionatını 5 medalla başa vurdular

    18.10.2026 22:59:47

    "Müdafiədə etibarlı oynadıq" - Konstantinos Vasiliadis

    18.10.2026 22:42:10

    "O, dünyada ən ucuz və ən keyfiyyətli legionerdir" – Azər Məmmədov

    18.10.2026 21:38:45

    "Məğlub olsaydıq belə, buradan mənfi enerji ilə ayrılmayacaqdım" – Rəşad Sadıqov

    18.10.2026 21:35:23

    Gəncədə "qonşu"ların dueli sülhlə bitdi - VİDEO

    18.10.2026 20:31:10

    "Neftçi"dən rahat qələbə

    18.10.2026 20:20:39

    Naxçıvan klubunun baş məşqçisi: "Sabah"la oyun da çətin olacaq"

    18.10.2026 19:45:56

    "Toparlanmalıyıq..." - Gəncə klubunun məşqçisi

    18.10.2026 19:11:07

    "İmişli"yə gəlməzdən öncə Starkovla məsləhətləşmişdim" – Ervin Perkon

    18.10.2026 18:28:11

    "Kəpəz" - "Zirə" - HEYƏTLƏR

    18.10.2026 18:03:32
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved