Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Müsahibə
    "Kəpəz"ə gəlməmişdən əvvəl o, məni "Minsk"ə götürmək istəyirdi" – Yeqor Xvalko
    28.12.2024 09:48:47

    "Kəpəz"in belaruslu kapitanı və mərkəz müdafiəçisi Yeqor Xvalkonun Prosport.Az saytına müsahibəsi

    – Qış fasiləsinə yollanmazdan öncə ardıcıl 3 oyun qalib gələ bilmdiniz. Bu haqda nə deyə bilərsiniz?
    – Mən ötən qarşılaşmadan sonra da demişdim ki, son 3 matçda oyunumuz alınmırdı. Xüsusən ilk hissədə səhvlər edirdik ki, bunun da nəticəsində qapımızda qollar görürdük. Son turda "Sumqayıt"la oyunda isə əksinə, məhz ilk yarıda yaxşı oyun göstərdik. Sadəcə olaraq hücumları məntiqi sonluğa çatdırmaq mümkün olmadı. Düşünürəm ki, heç-heçə ədalətli nəticə oldu. Çünki fasilədən sonra "Sumqayıt" yaxşı oynadı. Baxmayaraq ki, indiki vəziyyətdə bizim üçün hər xal çox vacibdir. Hətta 1 xal belə. 

    – Komanda hər tur liqada qalmaq üçün mübarizə aparır. Bu, komandaya psixoloji təsir edir?
    – Bu heç də asan deyil. "Qarabağ"ı misal gətirmək olar. Onlar hər il çempionluq uğrunda mübarizə aparır. Bir də bizim kimi kiçik büdcəli və tez-tez heyəti yenilənən komandalar var. Bu il ümumiyyətlə heyət demək olar ki, 0-dan yığıldı. Təkcə onu qeyd edim ki, VII turdan sonra 7 yeni oyunçu gəldi və hərəsi də ayrı-ayrı vaxtlarda. Təbii ki, onların adaptasiya keçməsi də vaxt tələb edir. Belə olmasaydı, nəticə daha yaxşı ola bilərdi. Buna baxmayaraq, ötən mövsüm 18 turdan sonra cəmi 14 xal toplamışdıqsa, bu il isə artıq 7 tura 11 xal toplamışıq. Düşünürəm ki, hadisələrə real yanaşsaq, bu bizim üçün heç də pis nəticə deyil. Bir də bu komandada sanki elə bir ruh var ki, hər şey pis olduğu vaxt toparlanıb nəticə qazanmağı bacarır. 

    – Sumqayıtda avrokubok oyunlarını keçirən Minsk "Dinamo"sunun baş məşqçisi Vadim Skripçenko sizi və "Neftçi"dən olan həmkarınız Yeqor Boqomolskini müqayisə edərkən, onun komandasını güclü, "Kəpəz"i isə zəif kimi xarakterizə etmişdi. Onun fikirlərini necə şərh edərdiniz?
    – İndiki vəziyyətdə o bəlkə də haqlıdır. "Neftçi"də oyunçu seçimi də, maliyyə durumu da fərqlidir. O ki qaldı mənə, "Kəpəz"i sevirəm. Düşünmürəm ki, o, pis nəsə deyib. Bu sadəcə indiki məqam üçün faktdır. 

    – Yayda "Səbail"ə keçmək variantınız var idi. Ancaq "Kəpəz"də qaldınız. Peşman deyilsiniz?
    – Yox. Mövsümün əvvəli ardıcıl məğlub olurduq, hətta qol belə vura bilmirdik. O zaman bəlkə də hansısa düşüncələr olurdu. Həmin zamanı tam xatırlamadığım üçün dəqiq bir söz deyə bilmərəm. Həm də məşq baxımından "Kəpəz"də vəziyyət yüksək səviyyədədir. Bazamız var. Təbii örtüklü məşq meydançamız var. Sağlamlıq baxımından da hər gün təbii otda məşq etmək, oynamaq süni örtükdə oynamaqdan çox yaxşıdır. 

    – Vadim Skripçenko və ya "Dinamo" "Sabah"ın bazasında məşq etdiyindən, onlarla görüşə bildiniz?
    – Təssüf ki, görüşə bilmədim. Onların oyunu cümə axşamı günü oldu, bizim isə cümə günü "Neftçi"yə qarşı oyunumuz olacaqdı. Ondan sonra da bu oyunadək qısa istirahətimiz oldu. Dərhal Bakıdan ayrıldıq. Skripçenko ilə qiyabi tanışlığımız var. Mən "Kəpəz"ə gəlməmişdən əvvəl o, məni öz komandasına ("Minsk"i nəzərdə tutur – red.) götürmək istəyirdi. Mən isə həmin vaxt "Kəpəz"i seçdim. Bundan əlavə deyə bilmərəm ki, onların oyunçuları ilə tanışam və ya dostluğum var. Sadəcə bir neçəsi ilə gənclər millisində və bir müddət əsas millidə yolumuz kəsişib. Lakin görüşmək mümkün olmadı. Yəqin ki, məhz onlarla görüşmək üçün harasa getmək də mənasız olardı.

    – Sizə görə, 2024-cü ilin ən yaxşı azərbaycanlı futbolçusu kimdir?
    – Düzü, "Nürnberq"də oynayan Mahir Emrelinin matçlarını izləməmişəm. Millidəki bəzi matçlarına baxmışam. Məncə, hazırda "Qarabağ"ın futbolçusu Toral Bayramov hamıdan öndə görünür. Keyfiyyətli və maraqlı futbolçudur.

    Futbol

    "Qarabağ"a transferim baş tutmadı" - Belaruslu qapıçı

    4.09.2026 12:10:32
    Güləş

    “Növbəti hədəfim dünya çempionu olmaqdır” - Camal Feyziyev

    2.09.2026 18:51:59
    Müsahibə

    "İkiqat dünya çepionu olmaq istəyirəm" – Vüsal Əliyev

    31.08.2026 19:28:46
    Müsahibə

    "Qol epizodlarından istifadə edə bilmirik" - "Zirə"nin futbolçusu

    31.08.2026 14:12:41
    Müsahibə

    "Qarabağ"a qarşı məndə daha çox əsəb və qəzəb vardı" – Aleksey İsayev

    28.08.2026 16:49:30
    Futbol

    "Hər şeyi etdik, amma alınmadı" – Kadi

    28.08.2026 12:00:41
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Avropa çempionatı: Millimiz 2 məğlubiyyətlə pley-offda

    4.09.2026 23:45:24

    "Böyükhesablı məğlubiyyət ağırdır" - Azər Məmmədov

    4.09.2026 23:07:07

    "Azərbaycan futboluna yeni adlar qazandırmaq istəyirik" - Azər Bağırov

    4.09.2026 22:47:20

    "Kəpəz" evdə "Şamaxı"ya böyük hesabla uduzdu – VİDEO

    4.09.2026 22:06:57

    Millimiz Gürcüstanla 2 oyun keçirəcək

    4.09.2026 21:53:26

    "Qəbələ" bizdən daha istəkli idi" - Fərid Namazov

    4.09.2026 21:07:05

    "Hakimin qərarına söz deyə bilmərik, tər-təmiz penalti idi" - Amil Ağacanov

    4.09.2026 20:32:23

    Superliqa klubunda yeni baş məşqçi

    4.09.2026 20:27:52

    "Qəbələ" yeni mövsümdə ilk qələbəsini qazandı – VİDEO

    4.09.2026 19:54:46

    Azərbaycan I Liqasında ilk tura yekun vuruldu

    4.09.2026 19:27:35

    "Kəpəz" - "Şamaxı": HEYƏTLƏR

    4.09.2026 19:20:22

    Azərbaycanı İsveçrədə onlar təmsil edəcəklər - ADLAR

    4.09.2026 18:43:14

    "Sabah"ın Çempionlar Liqasındakı rəqibində ayrılıq

    4.09.2026 18:12:36

    Bakı Güləş Məktəbinə 47 şagird qəbul olundu

    4.09.2026 17:45:47

    Avropa çempionatı: 2-ci gündə medal olmadı

    4.09.2026 17:13:57
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved