Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Müsahibə
    "Bizim komandanın "Turan"la heç bir əlaqəsi yoxdur" – Ehtiram Quliyevdən maraqlı müsahibə
    23.12.2024 19:41:09

    “Turan Tovuz”un İdarə Heyətinin sədri Ehtiram Quliyev Azərbaycan Premyer Liqasının XVIII turunun "Neftçi" ilə matçından (1:1) sonra jurnalistlərə müsahibə verib.

    Prosport.Az-ın Tovuza ezam olunmuş əməkdaşı həmin müsahibəni təqdim edir. Əvvəlcə Ehtiram Quliyev oyunla bağlı fikirlərini çatdırıb: 

    – Maraqlı oyun keçdi. "Neftçi" böyük komandadır. Hər nə qədər turnir cədvəlində istənilən yerdə olmasa da, keyfiyyətli oyunçulardan ibarətdir. "Neftçi" formasının özünün bir ağırlığı var. I divizionun belə hansısa komandasına “Neftçi” formasını geyindirsən, o, istər-istəməz meydanda özünü göstərəcək. Ona görə də rəqib komandanı gözəl oyuna görə təbrik edirəm. Məncə, azarkeşlər də nəticəyə görə olmasa da, maraqlı oyuna görə sevindilər.

    – Çempionatın ilk hissəsini komandanız üçün necə dəyərləndirirsiniz?
    – Təbii ki, razıyıq. Futbolda planlar olmur, xal hesabı qurmuruq. Amma biz də insanıq. Çempionat başlayandan özümüz üçün demişdik ki, əgər qışa qədər 30 xal yığsaq – nəzərə alaq ki, ötən il qışa kimi 22 xal toplamışdıq – xoşbəxt olarıq. Əgər bizə deyilsəydi ki, "ekvator"a qədər cəmi 2 oyunda uduzacaqsınız, çox sevinərdik. Və deyilsə idi ki, bu 2 matçı “Araz-Naxçıvan”a uduzacaqsınız, təəccüblənərdik. Bu da çempionatımızın səviyyəsinin qalxmasını, hesab-kitabla olmadığını, hər şeyin meydanda olduğunu göstərir.

    – Qış fasiləsində komandanızın güclənməsi üçün hansı addımlar atılacaq?
    – Baxdığımız oyunçular var. Transfer pəncərəsi açılmasa da, skautlarımız futbolçuları izləyir. 3 və ya 4 transfer gözlənilir. Bunlar sadəcə, komandanı gücləndirmək üçündür. Komandanın onurğa sütünuna isə dəyməyəcəyik. Oyunçuları göndərmək barədə düşünmürük. Onsuz da futbolçularımız yetərincə azdır. Əslində 2 oyunçu ilə güclənməyi düşünürdük. Amma gözləmədiyimiz zədələr – Denis Marandiçin zədələnməsi, Faiq Hacıyev və Roderik Millerin əməliyyata getməsi bizi məcbur etdi ki, fasilədən sonra 3-4 transfer həyata keçirək. Miller uzun müddət komanda ilə olmayacaq.

    – Ötən ilin avqustunda mətbuat konfransı keçirərək bildirmişdiniz ki, Tovuz stadionunun süni meydançasının dəyişməsi üçün AFFA-dan kömək gözləyirsiniz. Bu məsələyə dair bir yenilik varmı?
    – ⁠Xeyr, yoxdur. Sizin vasitənizlə yenidən AFFA-ya müraciət edirik ki. Bizə dəstək olsalar, oyunlar təbii ot örtüyündə keçirilsə, zədələrimiz az olar, matçların keyfiyyəti artar, azarkeşlər də bundan zövq alar. Ona görə də biz təklifimizi yenidən təkrarlayırıq. Örtüyün dəyişdirilməsi üçün xərclərin 50%-ni sponsor şirkət öz üzərinə götürür. Digər 50% xərc AFFA tərəfindən qarşılansa, çox xoşbəxt olarıq.

    – “Turan Tovuz”un adının dəyişdirilib yenidən “Turan” qoyulacağı haqda məsələ gündəmdədir. Bu haqda nə deyə bilərsiniz?
    – Bəli, bizim AFFA-ya belə bir müraciətimiz olub. İcraiyyə Komitəsində bu məsələyə baxılıb. Yaxın günlərdə müsbət cavab gözləyirik. “Turan” 1 rayonun, 1 şəhərin deyil, bütün Qərb bölgəsinin komandasıdır. Nəinki Qərb, Azərbaycanın bütün fərqli bölgələrindən azatkeşlərimiz var. Bunları və əvvəlki “Turan”ın ənənəsinə, mənəvi mirasına qayıtmaq üçün adımızı dəyişdirməyi planlaşdırırıq.

    – Bəs əvvəlki "Turan"ın varisi olmaq üçün hansı addımlar atılır?
    – Burada hüquqi məsələlər var. O ayrı hüquqi şəxs idi. Çox təəssüf ki, əlimizdə maliyyə-mühasibatlıq sənədləri yoxdur. Həmin "Turan"ın öhdəlikləri olub. Ancaq biz bilmirik ki, bu öhdəliklər nə qədər böyükdür. Varis kimi olmaq çətin kimi görünür. Ona görə də nə fərqi var. 1 çempionluğumuz var. İnşallah, "Turan" gələcəkdə də bu çempionluqları artırar.

    – Ancaq ad dəyişikliyi üçün əvvəlki "Turan"ın sabiq futbolçularına borclar ödənilməli deyil?
    – Kimə borclu olub-olmadıqlarını bilmirik. Maliyyə-mühasibatlığı bizdə yoxdur deyə, bundan xəbərsizik.

    – O vaxt "Turan"ın "Turan Tovuz"a dəyişikliyi borclara görə edilmişdi...
    – Yox, buna görə edilməmişdi. Sadəcə, başqa hüquqi şəxs yaradıldı. "Turan Tovuz" başqa komandadır. Bu komandanın "Turan"la heç bir əlaqəsi yoxdur. Mənəvi olaraq onların davamçılarıyıq, ancaq hüquqi cəhətdən yox.

    – Rusiya mətbuatında Mahaçqala "Dinamo"sunun mərkəz yarımmüdafiəçisi Anton Kraçkovskini heyətinizə qatmağa yaxın olduğunuz yazılıb. Bu ad transfer gündəminizdə var?
    – Bəli. Transfer pəncərəsinin açılmasını gözləyirik. İlkin təmaslarımız olub. Ümid edirik ki, transfer pəncərəsi açılanda biz bu transferi yekunlaşdıracağıq.

    – Klub rəhbəri olduğunuz üçün bu sualı sizə verirəm. "Sumqayıt"ın prezidenti Riad Rəfiyev yaxınlarda 2 həmkarımızı məhkəməyə verib. Belə məsələlərə münasibətiniz necədir?
    – Bu haqda mənim münasibət bildirməyimin doğru, etik olacağını düşünmürəm. Onların arasındakı münasibətə hüquq qiymət verəcək. Hər iki tərəfin bu məsələdə diqqətli olmasında fayda görürük. Ancaq bu bizim klubu maraqlandıran məsələ deyil. Klubumuza aidiyyatı olsaydı, rəsmi möve bildirərdim. Bu, başqa bir klubun işi ilə bağlıdır.

    – Sizcə, jurnalistlərin məhkəməyə verilməsi gələcəkdə mənfi presedent formalaşdıra bilərmi?
    – Yaradacağını düşünmürəm.

    – Kürdəxanı qəsəbəsindəki bazanızda nə yenilik var?
    – Ot örtüyünün toxumları səpilib. Sadəcə, hava temperaturunun +15 dərəcəyə qalxması lazımdır. Cücərmə var. Quruculuq işləri tamamlanmaq üzrədir. Meydança və soyunub-geyinmə otaqları ilkin olaraq hazırlanır. Daha sonra baza binasının tikilməsi üçün dövlətə müraciət edilib, icazə alınacaq. Bizim yaralı yerimiz Bakıda məşq meydançasının olmamasıdır. Ona görə də meydançanı plandan kənar qabağa salmışıq.

    Səbuhi Musa

    Futbol

    Bakıda yenidən UFC turniri keçirilə bilər

    7.03.2026 11:10:04
    Futbol

    Millimiz səfərdə Macarıstanla üz-üzə

    7.03.2026 10:42:19
    Futbol

    Premyer Liqada XXIII tur autsayderin oyunu ilə başlayır

    7.03.2026 10:00:58
    Futbol

    Yayda "Qarabağ"ı tərk edəcək futbolçular bilindi – ADLAR

    6.03.2026 22:21:39
    Futbol

    AFFA "Qarabağ" – "Sabah" oyunundakı qalmaqalla bağlı məsələyə yenidən baxacaq

    6.03.2026 21:29:56
    Futbol

    "Sabah"ın məşqçisinin "Qarabağ"a etdiyi qeyri-etik jestin VİDEOSU

    6.03.2026 18:25:50
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Bakıda yenidən UFC turniri keçirilə bilər

    7.03.2026 11:10:04

    Millimiz səfərdə Macarıstanla üz-üzə

    7.03.2026 10:42:19

    Premyer Liqada XXIII tur autsayderin oyunu ilə başlayır

    7.03.2026 10:00:58

    "Heç nə alınmadı, bərbad oynadıq" – Lənkəran təmsilçisinin baş məşqçisi

    6.03.2026 23:36:02

    Bölgə təmsilçilərinin duelini Naxçıvan klubu qazandı

    6.03.2026 22:47:06

    Cüdoçumuz Avstriyada qızıl medal qazandı – VİDEO

    6.03.2026 22:29:34

    Yayda "Qarabağ"ı tərk edəcək futbolçular bilindi – ADLAR

    6.03.2026 22:21:39

    AFFA "Qarabağ" – "Sabah" oyunundakı qalmaqalla bağlı məsələyə yenidən baxacaq

    6.03.2026 21:29:56

    Millimiz Taylanda 6 boksçu ilə yollanır - ADLAR

    6.03.2026 18:48:48

    "Sabah"ın məşqçisinin "Qarabağ"a etdiyi qeyri-etik jestin VİDEOSU

    6.03.2026 18:25:50

    "Səbail" prinsipial oyunda inamlı qələbə qazandı

    6.03.2026 17:58:32

    Ötən ayın ən yaxşı qollarının müəllifləri müəyyənləşdi

    6.03.2026 17:14:07

    "Səbail"in baş məşqçisi Ümrə ziyarətinə gedib, orada ilişib qalıbmış – VİDEO

    6.03.2026 16:36:50

    "Qarabağ"ın baş məşqçisinə 4 oyunluq cəza

    6.03.2026 16:14:11

    "Qarabağ"ın futbolçusu Fransa klubunda baxışda olacaq

    6.03.2026 15:45:34
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved