Azərbaycanın 2 pauerliftinqçisi Rusiyanın paytaxtı Moskvada keçirilən Dünya Kubokunda uğurla çıxış edib.
Prosport.Az xəbər verir ki, Raif Süleymanov (90 kq) təchizatsız deadlift hərəkətində 260 kq nəticə ilə bütün rəqiblərini üstələyərək, 1-ci yeri tutub.
Ramil Əhmədov isə təchizatsız divizionunda "squat" üzrə 305, "bench" üzrə 202.5 və "deadlift" üzrə 320 kq çəkini qaldıraraq 3 hərəkətin cəmində (827.5 kq) qalib olub. Həmçinin, idmançımız 56 iştirakçı arasında topladığı çəki və rəqəm əmsalına görə 3-cü yerə sahib çıxıb.
Qeyd edəkki, bu, Ramil Əhmədovun 2024-cü ildə artıq 7-ci beynelxalq yarışıdır. O, qələbəsini anasına həsr etdiyini bildirib.
