Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Basketbol
    "Qubalı azarkeşləri çox sevirəm" – Simeon Körklənd
    21.12.2024 09:08:47

    “Quba”nın ABŞ-dən olan oyunçusu Simeon Körklənd klubun mətbuat xidmətinə müsahibə verib.

    Prosport.Az həmin müsahibəni təqdim edir:

    – Son 2 görüşdə “Şəki” və “Gəncə” klublarına məğlub olduq. Komandanın həmin matçlardakı çıxışını necə qiymətləndirirsiniz?
    – Mövsüm ərzində hər komandada eniş və yoxuş olur. Hazırda bizim az oyunçumuz var. Bəziləri isə zədəlidir. Bütün bunlara baxmayaraq, biz sona qədər mübarizə aparırıq. Amma tezliklə döyüşüb yenidən daha yaxşı oynayacağıq.

    – Rotasiya imkanlarının çox olmaması “Quba”nın məğlubiyyətlərinə birbaşa səbəbdir?
    – Təbii ki, təsiri var. Amma oyun ərzində əlimizdə olan uşaqlarla və imkanlarımızla sona qədər oynayırıq. Mübarizəni dayandırmırıq. Sadəcə, oyunlarda da istədiklərimizin həyata keçmədiyi anlar olur. Fikrimcə, istənilən halda biz uduzduğumuz bəzi görüşləri qalib başa vura bilərdik. Mübarizə davam edir. Çalışacağıq ki, növbəti görüşlərdə qalib gələk.

    – “Quba" B qrupunda 4-cü yerdədir. Sizcə, komandanın pley-off mərhələsinə yüksəlmək şansı var? Bunu reallaşdıra biləcəksiniz?
    – Bəli. Buna çox inanıram. Düşünürəm ki, pley-offa yüksələ bilərik. Bunu etmək və pley-offda qalib gəlmək üçün komandamız və oyunçularımız var. Biz sona qədər mübarizə aparacağıq.

    – Qarşıdakı turda komanda “Lənkəran”la qarşılaşacaq. Bu oyun haqda fikriniz necədir?
    – Liqada komandaların hamısı yaxşı səviyyədədir. Biz də hazırlığımızı davam etdirmişik. Təbii ki, bu görüşdə də qələbə üçün oynayacağıq. Ümidvaram ki, uğurlu nəticə qazanarıq.

    – Azərbaycan Basketbol Liqasına (ABL) uyğunlaşmısınız? Hansı komandaya qarşı oynamaq sizin üçün çətindir? Performansınızı tam göstərə bilmisiniz?
    – Məncə, ABL əla liqadır. Mən də bacarıqlarımı göstərə bilirəm. Fikrimcə, liqada oyunum da yaxşı alınır. Mövsüm keçdikcə daha da yaxşılaşmağa davam edəcəyəm.

    – Qubada oynamaq sizə hansı hissləri verir? Ev oyunlarında böyük azarkeş kütləsi olur...
    – Mən azarkeşlərimizi çox sevirəm. Bizim ev oyunlarımızda olan izdiham heyrətamiz idi. Ümid edirəm ki, növbəti dəfə hər oyun üçün eyni izdiham və enerjimiz olacaq. Azarkeşlərimizə qələbə sevinci bəxş etmək üçün çalışırıq.

    Top oyunları

    "Rəqib bizim səhvlərimizdən 18 xal qazandı" - Tahir Baxşıyev

    19.10.2026 22:15:29
    Top oyunları

    "2-ci hissədə yaxşı oynamadıq" - "Sabah"ın baş məşqçisi

    19.10.2026 21:40:31
    Basketbol

    "Sabah" bu dəfə də qalib gəldi

    19.10.2026 20:47:19
    Basketbol

    "Oyunçular hətta onlardan nə tələb etdiyimi tam anlamır" – "Sumqayıt"ın baş məşqçisi

    18.10.2026 23:03:25
    Top oyunları

    "Müdafiədə etibarlı oynadıq" - Konstantinos Vasiliadis

    18.10.2026 22:42:10
    Basketbol

    "Neftçi"dən rahat qələbə

    18.10.2026 20:20:39
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Neftçi"nin sabiq prezidenti Macarıstana gedir

    20.10.2026 12:52:52

    Rəşad Nəbiyev dünya çempionatında iştirak edən cüdoçularla görüşdü

    20.10.2026 12:16:58

    "Sabah"ın gəncləri ilk xal axtarışında

    20.10.2026 11:16:27

    U-15 dünya çempionatının ilk iştirakçısı Bakıya gəldi - FOTOLAR

    20.10.2026 10:56:39

    "Turan" Çempionlar Liqasında mübarizəyə başlayır

    20.10.2026 10:24:06

    Çempionlar Liqası: "Sabah" Almaniya nəhənginə qarşı

    20.10.2026 10:00:00

    Millimizin üzvü Azərbaycana qayıtmaq istəyir

    19.10.2026 23:54:18

    Toral Bayramov oynadı, "Bursaspor" liderlə xaı fərqini azaltdı

    19.10.2026 23:17:23

    Azərbaycanın 2 taekvondçusu Qətərdə döyüşəcək

    19.10.2026 22:41:13

    "Rəqib bizim səhvlərimizdən 18 xal qazandı" - Tahir Baxşıyev

    19.10.2026 22:15:29

    "2-ci hissədə yaxşı oynamadıq" - "Sabah"ın baş məşqçisi

    19.10.2026 21:40:31

    Azərbaycanı Avropa çempionatında 17 cüdoçu təmsil edəcək - ADLAR

    19.10.2026 21:12:30

    Gəncədə qaliblər müəyyənləşdi

    19.10.2026 20:51:33

    "Sabah" bu dəfə də qalib gəldi

    19.10.2026 20:47:19

    Akim Zedadka: "Oyundan zövq almaq istəyirik"

    19.10.2026 20:38:42
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved