Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Müsahibə
    "Mingəçevir"lə bağlı yenilik olacaqsa, klub tərəfindən paylaşılacaq" – Futbolun İnkişaf Fondunun rəhbəri
    18.12.2024 14:12:02

    Futbolun İnkişaf Fondunun (FİF) icraçı direktoru Tural Piriyevin Prosport.Az saytına müsahibəsi

    – Dünən AFFA İcraiyyə Komitəsinin iclası keçirilib. Orada iş adamı olan Adnan Əhmədzadənin "Mingəçevir"ə sponsorluq etməsi məsələsi də müzakirə edilib. FİF-dən kimsə iştirak edib?
    – Xeyr.

    – Bizim sayt ilk dəfə 28 noyabrda Adnan Əhmədzadənin I Liqa klubu "Mingəçevir"ə sponsorluq etmək istədiyini yazmışdı. Bundan sonra həmin gün siz "növbəti gəlsin?" yazaraq feysbuk hesabınızda post paylaşmışdınız. Bəlkə bu barədə açıqlama verəsiniz...
    – Ümumiyyətlə, hər hansısa sponsorluq barədə məlumatı ancaq imzalanma mərasimindən sonra verəcəyik. Danışıqların hansısa detallarını açıqlamaq, bu barədə məlumat vermək praktikada göstərib ki, bizə heç bir xeyir vermir. Ona görə indidən nəsə deməyin tərəfdarı deyiləm. "Mingəçevir"lə bağlı hər hansısa yenilik olacaqsa, klub tərəfindən rəsmi olaraq paylaşılacaq.

    – Bəs "Mingəçevir"dən əlavə, başqa müsbətə doğru hansısa işartı var?
    – Biz daim şirkətlərlə, iş adamları ilə danışıqlar aparırıq. Sponsor danışıqları fəaliyyətimizin bir hissəsidir. Bu barədə fəaliyyətimiz istər Mingəçevir, istər Gəncə, istərsə də digər şəhər və rayonlarımızla bağlı davam edir. Dediyim kimi, danışıqların detallarını açıqlayarkən, bunun hər hansısa müsbət tərəfi olmur. Hətta 2 dəfə təcrübədə bunun mənfi tərəfini görmüşük. Media nümayəndələrinə də məsləhət görərdim ki, imzalanma olmayanadək bu barədə məlumat dərc etməsinlər. Çünki bu bizim işimizə mane ola bilir.

    – Bir də bu yaxınlarda sizin barənizdə məlumat yayılmışdı ki, yaxşı iş fəaliyyətinizə görə "Turan Tovuz"da sizə iş verilə bilər. Bu məsələyə münasibətiniz necədir?
    – O sayt sağ olsun. Birinci məni "işdən çıxartdı", sonra "işə düzəltdi". "Turan Tovuz" klubunun rəhbəri Ehtiram Quliyevlə birgə həmin xəbəri oxuduq. Maraqlı xəbər idi.

    – Oktyabrda sizin qurumun Himayəçilər Şurasından jurnalist Rüstəm Əfsərli "Neftçi"də işə başlaması ilə əlaqədar ayrıldı. Ora yeni üzv qəbul edilib? Və ya qəbul ediləcəksə, həmin şəxs də jurnalist olacaq?
    – Hələ ki yeni üzv qəbul edilməyib. Növbəti iclasda bu barədə müzakirə olacaq. İlin sonuna iclasımız gözlənilir. Jurnalist məsələsinə gəlincə, üzvlərlə bağlı qərarı Himayəçilər Şurası verdiyi üçün bununla bağlı bir fikir bildirə bilməyəcəyəm.

    Müsahibə

    "Sabah"a vura bilməyimiz qolları "Fənərbağça"ya saxladıq" - Lukaş Provod

    14.10.2026 15:13:56
    Müsahibə

    "Məqsədimiz hər oyunda 3 xal qazanmaqdır" - Hayderson Hurtado

    12.10.2026 19:17:07
    Cüdo

    "Kindzerskayanın niyyəti ciddidirsə, özü ilə söhbət edərik" – Rəşad Rəsullu

    12.10.2026 17:44:31
    Digər idman növləri

    "Dünya Kubokunun Bakıda keçirilməsi yalnız bu il üçün nəzərdə tutulmuşdu" – Baş katib

    10.10.2026 10:46:15
    Cüdo

    "Ömər özü dünya çempionu olmaq istəyirdi" – Onun qohumu Fərhad Rəcəbli

    9.10.2026 15:42:46
    Müsahibə

    "Düşünürdüm ki, atamı sevindirim" – İlk dəfə dünya 3-cüsü olan Murad Fətiyev

    8.10.2026 19:50:12
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Neftçi"nin sabiq prezidenti Macarıstana gedir

    20.10.2026 12:52:52

    Rəşad Nəbiyev dünya çempionatında iştirak edən cüdoçularla görüşdü

    20.10.2026 12:16:58

    "Sabah"ın gəncləri ilk xal axtarışında

    20.10.2026 11:16:27

    U-15 dünya çempionatının ilk iştirakçısı Bakıya gəldi - FOTOLAR

    20.10.2026 10:56:39

    "Turan" Çempionlar Liqasında mübarizəyə başlayır

    20.10.2026 10:24:06

    Çempionlar Liqası: "Sabah" Almaniya nəhənginə qarşı

    20.10.2026 10:00:00

    Millimizin üzvü Azərbaycana qayıtmaq istəyir

    19.10.2026 23:54:18

    Toral Bayramov oynadı, "Bursaspor" liderlə xaı fərqini azaltdı

    19.10.2026 23:17:23

    Azərbaycanın 2 taekvondçusu Qətərdə döyüşəcək

    19.10.2026 22:41:13

    "Rəqib bizim səhvlərimizdən 18 xal qazandı" - Tahir Baxşıyev

    19.10.2026 22:15:29

    "2-ci hissədə yaxşı oynamadıq" - "Sabah"ın baş məşqçisi

    19.10.2026 21:40:31

    Azərbaycanı Avropa çempionatında 17 cüdoçu təmsil edəcək - ADLAR

    19.10.2026 21:12:30

    Gəncədə qaliblər müəyyənləşdi

    19.10.2026 20:51:33

    "Sabah" bu dəfə də qalib gəldi

    19.10.2026 20:47:19

    Akim Zedadka: "Oyundan zövq almaq istəyirik"

    19.10.2026 20:38:42
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved