Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Müsahibə
    "Kimsə məni axmaq hesab edirsə, yanılır" - Oyun alqı-satqısı ilə ittiham olunan Kantaria
    17.12.2024 17:40:07

    Ötən günlərdə müəmmalı şəkildə "Şamaxı"dan ayrılan Giorgi Kantaria apasport.az saytına müsahibə verib. Prosport.Az həmin müsahibəni təqdim edir:

    - Hazırda nə işlə məşğulsunuz?
    - Heç nə. Gürcüstana qayıtmışam. Elə vətənimdə istirahət edirəm.

    - “Şamaxı”dan ayrılmağınızın totalizatorlarla bağlı olduğu iddia edilir. Oyunların manipulyasiyasında iştirak etdiyiniz iddia olunur. Bu barədə fikirləriniz necədir? Belə bir şey var?
    - Əlbəttə ki, belə bir şey yoxdur. Bunlar hamısı yalandır. Üstəlik, bunların hamısı gülməlidir. Çünki həyatım boyu heç vaxt belə hadisələrin iştirakçısı olmamışam. Özü də, hamı bilir ki, daim ən yüksək səviyyədə oynamağa çalışmışam. Kimsə mənim adımı təhqir etmək istəsə, mütləq ona cavab veriləcək.

    - Bəs, komandadan ayrılmağına əsas səbəb nə idi?
    - Komandadan niyə ayrıldığımı mütləq deyəcəm. Amma hər şeyin öz vaxtı var. İndi yalnız işimi davam etdirmək haqqında düşünürəm. Allah hər şeyi görür və kimsə mənə haqsızlıq edibsə, mütləq qarşılığını alacaq.

    - Məsələ ilə bağlı artıq araşdırmaların başladıldığı bildirilir. Bu halda yəqin ki, hansısa təhlükə hiss etmirsiz?
    - Hansısa araşdırmanın aparıldığını ümumiyyətlə, anlamıram. Üstəlik, heç kim mənimlə əlaqə saxlamayıb və kiminsə mənimlə əlaqə saxlayacağını gözləmirəm. Çünki bu cür söhbət heç olmayıb da. Sizin dediyiniz işlərlə mənim heç bir əlaqəm yoxdur. Bu ittihamlar mənim üçün təhqiramizdir.

    - Adil Nağıyev bildirib ki, məşq zamanı dava edib və ona görə komandadan ayrılıb. Sən də konflikt yaşadığın üçün ayrıldığını bildirmisən. Söhbət hansı konfliktdən gedir?
    - Komandadan nəyə görə ayrıldım? Nə baş verdi? Bütün bunlar haqda mütləq danışacam. Haqsızlıq və dəyərsizlik haqqında dediyim kimi, Allah hər şeyi görür. Sona qədər mübarizə apardım, bütün gücümü meydanda qoymuşam. Bir nəfər də olsun çıxıb deyə bilməz ki, Kantariya pis mövsüm keçirdi. Komandada heç bir futbolçu mənim haqda pis söz deyə bilməz. Çünki mən hər zaman düzgün və təmiz insan olmuşam.

    - Gürcüstana yollanmağınız ayrılığa görə oldu?
    - Oyundan sonra Gürcüstana yollandım. Çünki nənəm vəfat etmişdi. Gürcüstana getdim, gələndə hər şey alt-üst oldu. Mən sizə nə baş verdiyini və bunun niyə baş verdiyini mütləq izah edəcəm. Amma sözlərimlə heç kimə zərər vermək istəmirəm. Buna görə də özümü saxlayıram, amma əgər kimsə məni axmaq hesab edirsə və öz axmaqlığını mənim əlimlə yuyacağını düşünürsə, çox yanılır.

    Futbol

    "Sabah"a vura bilməyimiz qolları "Fənərbağça"ya saxladıq" - Lukaş Provod

    14.10.2026 15:13:56
    Müsahibə

    "Məqsədimiz hər oyunda 3 xal qazanmaqdır" - Hayderson Hurtado

    12.10.2026 19:17:07
    Cüdo

    "Kindzerskayanın niyyəti ciddidirsə, özü ilə söhbət edərik" – Rəşad Rəsullu

    12.10.2026 17:44:31
    Müsahibə

    "Dünya Kubokunun Bakıda keçirilməsi yalnız bu il üçün nəzərdə tutulmuşdu" – Baş katib

    10.10.2026 10:46:15
    Cüdo

    "Ömər özü dünya çempionu olmaq istəyirdi" – Onun qohumu Fərhad Rəcəbli

    9.10.2026 15:42:46
    Cüdo

    "Düşünürdüm ki, atamı sevindirim" – İlk dəfə dünya 3-cüsü olan Murad Fətiyev

    8.10.2026 19:50:12
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Neftçi"nin sabiq prezidenti Macarıstana gedir

    20.10.2026 12:52:52

    Rəşad Nəbiyev dünya çempionatında iştirak edən cüdoçularla görüşdü

    20.10.2026 12:16:58

    "Sabah"ın gəncləri ilk xal axtarışında

    20.10.2026 11:16:27

    U-15 dünya çempionatının ilk iştirakçısı Bakıya gəldi - FOTOLAR

    20.10.2026 10:56:39

    "Turan" Çempionlar Liqasında mübarizəyə başlayır

    20.10.2026 10:24:06

    Çempionlar Liqası: "Sabah" Almaniya nəhənginə qarşı

    20.10.2026 10:00:00

    Millimizin üzvü Azərbaycana qayıtmaq istəyir

    19.10.2026 23:54:18

    Toral Bayramov oynadı, "Bursaspor" liderlə xaı fərqini azaltdı

    19.10.2026 23:17:23

    Azərbaycanın 2 taekvondçusu Qətərdə döyüşəcək

    19.10.2026 22:41:13

    "Rəqib bizim səhvlərimizdən 18 xal qazandı" - Tahir Baxşıyev

    19.10.2026 22:15:29

    "2-ci hissədə yaxşı oynamadıq" - "Sabah"ın baş məşqçisi

    19.10.2026 21:40:31

    Azərbaycanı Avropa çempionatında 17 cüdoçu təmsil edəcək - ADLAR

    19.10.2026 21:12:30

    Gəncədə qaliblər müəyyənləşdi

    19.10.2026 20:51:33

    "Sabah" bu dəfə də qalib gəldi

    19.10.2026 20:47:19

    Akim Zedadka: "Oyundan zövq almaq istəyirik"

    19.10.2026 20:38:42
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved