Azərbaycanın daha bir tanınmış bədii gimnastı Zeynəb Hümmətova karyerasını başa vurub.
Prosport.Az xəbər verir ki, o, Bakıda keçirilən bədii gimnastika üzrə "Qış nağılı" beynəlxalq turniri zamanı idmanla vidalaşdığını elan edib.
Qeyd edək ki, 2015-ci ildən Azərbaycanı beynəlxalq yarışlarda təmsil edən 25 yaşlı Z.Hümmətova dünya çempionatının bürünc, Avropa çempionatının qızıl, gümüş və yeddiqat bürünc mükafatçısıdır. O həm də Tokio və Paris Olimpiadasının iştirakçısıdır.
Onu da bildirək ki, dekabrın 14-də Avropa 3-cüsü, IV və V İslam Həmrəyliyi Oyunlarının qalibi, “Tokio-2020” və “Paris-2024” Yay Olimpiya Oyunlarının iştirakçısı olan Azərbaycanın bədii gimnastı Zöhrə Ağamirova da karyerasını bitirdiyini açıqlayıb.
