Almaniyanın paytaxtı Berlində keçirilən Xüsusi Yay Olimpiya Oyunları çərçivəsində bədii gimnastika üzrə yarışda Azərbaycan idmançısı medal qazanıb.
Prosport.Az-a verilən məlumata görə, Azərbaycan gimnastika tarixində ilk dəfə olaraq Oyunlarda ölkəmizi təmsil edən bədii gimnast Mehriban Tağıyeva çıxış etdiyi divizionda çoxnövçülük proqramında bürünc medala layiq görülüb.
Gimnastımız həmçinin ayrı-ayrı alətlər (top, halqa, gürzlər, lent) üzrə final mərhələsinə vəsiqə əldə edib.

