Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Özəl xəbər
    "Azərbaycanda baxdığım hər matçın analizini onunla paylaşıram" – Abdullah Avcının köməkçisi
    6.12.2024 12:07:19

    Xəbər verdiyimiz kimi, millimizdə baş məşqçi postuna əsas namizəd olan Abdullah Avcının "Trabzonspor"da köməkçisi olmuş, uzun illər "Beşiktaş"da işləmiş Öndər Karavəli Bakıda işgüzar səfərdədir.

    2020-ci ilin yanvarından 2021-ci ilin yayınadək "Qarabağ" Akademiyasında koordinator vəzifəsini də tutmuş 50 yaşlı məşqçi Prosport.Az-a müsahibə verib.

    – Yenidən Azərbaycana xoş gəlmisiniz. Bura səfərinizin xüsusi məqsədi nədir?
    – Bura Azərbaycanda işləyən vaxtdan çalışmış köhnə dostlarımı görmək, "Qarabağ" klubuna baş çəkmək, həm də çempionatınızdakı futbol matçlarına baxmaq üçün gəlmişəm. "Qarabağ"da işləyən vaxt çox xoşbəxt idim, Azərbaycanda çox gözəl günlər keçirdim. Bunlar üçün bura gəlmişəm.

    – "Qarabağ"da 1,5 il işlədiniz. Niyə əməkdaşlıq çox uzun alınmadı?
    – Bunun səbəbləri özəldir. Bilirsiniz ki, Türkiyəyə qayıtdıqdan sonra "Beşiktaş"da işlədim. Amma "Qarabağ"da işləyən vaxt çox yaxşı futbolçular vardı. Bir az da onların son durumu ilə maraqlandım. Bəziləri indi əvəzedici, bəziləri də U-19 komandasında oynayır. Onların da oyununa fürsət düşdükcə baxıram. "Qarabağ" əvəzedicilərinin "Neftçi" ilə oynadığı matçı izlədim. Bazar günü də "Qarabağ"ın əvəzedici komandasının "Sabah"la oyununa baxacağam. Orada mənim vaxtımdan qalan oyunçu çıxış edir. "Sabah"ın əvəzedici və U-19 komandasında da "Qarabağ"da yetirməm olan futbolçu var... "Qarabağ" çox uğurlu komandadır. Xüsusən Avropada Qurban Qurbanov sayəsində çox gözəl işlər görülür. Onunla da görüşdüm. Fikir mübadiləsində olduq. Buranın futbolu ilə yaxından maraqlanıram. Düşünürəm ki, azərbaycanlı gənc futbolçularda inkişaf perspektivləri var. "Səbail"də Altay, "Sabah"da İlkin, "Qarabağ"da Nihad yaxşı perspektiv vəd edən oyunçulardır. Hazırda onların 18 yaşı var. Burdakı futbolun inkişafı ilə maraqlanıram. Azərbaycandan ayrılmağım 3 il oldu.

    – Sizin hazırda "Neftçi"də icraçı direktor işləyən, "Beşiktaş"ın sabiq vitse-prezidenti Cenk Sümərlə münasibətləriniz necədir?
    – Cenk Sümərlə "Beşiktaş"da eyni vaxtda işləmişik.

    – Burada onunla görüşdünüzmü?
    – "Neftçi" – "Qarabağ" matçına baxarkən, sağ olsun, məni də qonaq kimi qəbul etdi. Eyni şəkildə "Qarabağ"ın baş direktoru Əmrah Çəlikəllə də görüşmüşəm. Hətta onunla birgə Qəbələyə gedib "Qarabağ"ın Kubok matçına da baxdım. Komanda ilə birgə gedib, birgə də Bakıya qayıtdım.

    – Oktyabrda Türkiyə mətbuatında Abdullah Avcının "Neftçi"dən təklif aldığı yazılmışdı. Həmin vaxt bu anlaşma niyə baş tutmadı?
    – Həmin vaxt görünür, Abdullah hoca üçün uyğun zaman deyildi. Yoxsa "Neftçi" Azərbaycan futbolu üçün dəyərli, keçmişi olan bir klubdur. Abdullah hocanın yerinə mənim söyləməyim bəlkə də düzgün deyil. Ola bilər ki, zaman uyğun deyildi. Çünki "Trabzonspor"dan yeni ayrılmışdıq.

    – Siz söylədiniz ki, Azərbaycan futbolunu yaxından izləmək üçün bura gəlmisiniz. Ancaq bizdə olan məlumata görə, bura gəlişiniz AFFA-dan gələn dəvətlə bağlıdır. AFFA rəhbərliyi ilə görüşdünüzmü?
    – Xeyr. AFFA rəhbərliyindən heç kimi tanımıram və heç kimlə də görüşməmişəm. Söylədiyim kimi, məqsədim Azərbaycan Premyer Liqasını, Kubokunu, I Liqasını, Akademiya komandalarını görmək və getdikdən sonra burada nələrin dəyişdiyini öz gözlərimlə görmək məqsədilə bura gəlmişəm. Düz qeyd edirsiniz. Abdullah Avcı ilə birgə çalışmışam və onunla işləməyə də davam edəcəyəm. Hazırda işsiz olduğumuz üçün belə vaxtlardan səmərəli istifadə etməli, matçlar izləməli, yeniliklərlə tanış olmalıyıq. Ötən çərşənbə axşamından Bakıdayam, 11 günlüyə bura gəlmişəm. İlk olaraq "Qarabağ"ın "Lion"la matçına baxdım. 11 günə təxminən 12 matç izləyib, bazar ertəsi Türkiyəyə dönəcəyəm.

    – Bu hesabat Abdullah Avcıya veriləcək, yoxsa özünüz üçün lazımdır?
    – Mən hazırda Abdullah hoca ilə birgə olduğum üçün, baxdığım hər matçın analizini onunla paylaşıram. Başqa ölkələr, başqa şəhərlərdə də matçlara baxırıq. Güclü bir komandayıq. Hər birimiz fərqli sahələrdə çalışıb, hocaya məlumatlar veririk. Çünki ona bir neçə təklif var. Hansına qərar verəcək, onu zaman göstərəcək. Ancaq heç bir işdə məlumatın olmasa, irəliləyə bilməzsən. Abdullah hocanın özü bir neçə həftə əvvəl İngiltərədə olub, matç izləyib. Mən də Azərbaycan futboluna bir az daha yaxın olduğum üçün həm matçları izləmək, həm də dostlarıma baş çəkmək istədim.

    – 2020-ci ildə Canni De Byazidən əvvəl də Abdullah Avcı milliyə namizəd idi. Onda niyə alınmamışdı?
    – Həmin illərdəki əlaqələrdən xəbərim yoxdur. Ancaq ona marağın olması çox normaldır. Çünki o, Türkiyədə çempionluqlar, kuboklar qazanmış biridir, yeniyetmələr millisi (Türkiyə U-17-si ilə 2005-ci ildə İtaliyada keçirilmiş Avropa çempionatının qalibi olub – red.) ilə Avropa çempionu olmuş nadir məşqçidir. Ancaq gedəcəyin ölkə barədə məlumatın olmadan heç bir işin düzgün gedəcəyinə də inanmıram.

    – Son olaraq soruşum. İşlədiyiniz vaxtdan bəri Azərbaycan futbolunda hansı dəyişiklikləri gördünüz?
    – AFFA-nın burada gənc futbolçular üçün yatırımlar etdiyini eşitmişəm və buna çox sevinirəm. Bu, çox önəmlidir. Çünki bir ölkənin futbolunu inkişaf etdirmək həmin ölkənin gənclərini inkişaf etdirməklə başlanılır. Ümid edirəm ki, matçları daha çox azarkeşlər izləyər. Çünki futbol azarkeşləri ilə gözəldir. Ümid edirəm ki, daha gözəl meydançalar olar. Onda daha maraqlı oyunlar baş tutacaq. Yerli məşqçilərin inkişafına daha çox fikir veriləcəyinə ümid bəsləyirəm. Əminəm ki, bu sahədə də işlər görülür. "Qarabağ" nümunə götürüləsi bir klubdur. Orada bir məşqçinin uzun müddətli saxlanmasının uğurlara yol açdığını göstərir. Bütün bunlar bir olacağı halda, Azərbaycan futbolunun gələcəkdə bugünkündən daha yaxşı vəziyyətdə olacağına inanıram.

    Səbuhi Musa

    Özəl xəbər

    Mahir Emrelinin Polşa klubuna keçidi dəqiqləşdi

    18.07.2026 14:26:45
    Özəl xəbər

    "Kəpəz" fransalı futbolçu transfer etdi – ÖZƏL

    17.07.2026 23:21:34
    Futbol

    Marko Yankoviç "Qarabağ"ı Türkiyə klubuna dəyişdi – EKSKLÜZİV

    22.06.2026 02:36:22
    Özəl xəbər

    "İmişli" sabiq baş məşqçisini geri qaytarır – FOTO

    29.05.2026 15:31:08
    Futbol

    "İmişli" "Barselona"nın məşqçisinə təklif göndərib – ÖZƏL

    29.05.2026 14:57:10
    Futbol

    "İmişli" portuqaliyalı məşqçini yola salır – EKSKLÜZİV

    4.05.2026 09:38:48
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    AFFA-nın baş katibi “Sabahın Ulduzları” yarışında

    16.08.2026 11:20:39

    Azərbaycanın daha 2 boksçusu Avropa çempionatında 1/4 finala yüksəlib – FOTOLAR

    16.08.2026 10:55:49

    "50 futbolçu sifariş edib fərqli heyətlər qura bilmərik" - Valdas Dambrauskas

    15.08.2026 23:41:49

    "Bu gün hesab daha böyük olsaydı, istefa verməzdim" - Azər Məmmədov

    15.08.2026 23:30:41

    Anatoli Nuriyevin qolu komandasını xilas etmədi

    15.08.2026 23:13:51

    Son çempion mövsümə qələbə ilə başladı - VİDEO

    15.08.2026 22:44:23

    “Qarabağ” “Dinamo” ilə hər iki oyunda məğlub oldu – FOTOLAR

    15.08.2026 22:17:40

    "Sumqayıt" braziliyalı futbolçu transfer etdi

    15.08.2026 22:17:15

    "Burada heç kim sənə güzəşt etmir" - Fərid Namazov

    15.08.2026 21:45:05

    "Növbəti oyunlarda real gücümüzü göstərəcəyik" - Cavid Hüseynov

    15.08.2026 21:35:30

    "Araz-Naxçıvan"da yeni baş məşqçi – Amma...

    15.08.2026 21:10:51

    Azərbaycan Premyer Liqasında mövsümün ilk heç-heçəsi – YENİLƏNİB + VİDEO

    15.08.2026 20:35:29

    Şeydayevin komandasının oyunu dron təhlükəsinə görə təxirə salındı

    15.08.2026 20:17:51

    “LANDAU Layns” Ərhan Tokərlə yola davam edəcək

    15.08.2026 19:51:13

    “Sabah” amerikalı oyunçu ilə müqavilə imzaladı

    15.08.2026 19:21:28
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved