Avropa Ağırlıqqaldırma Akademiyası Azərbaycanda olacaq.
Prosport.Az xəbər verir ki, bu gün Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının (IWF) Bəhreynin paytaxtı Manamada keçirilmiş növbəti konqresində Azərbaycanda Avropa Ağırlıqqaldırma Akademiyasının qurulmasına namizədlik təqdimatı böyük maraqla qarşılanıb.
Nəticədə Bakı Avropa Ağırlıqqaldırma Akademiyasının məkanı statusunu qazanıb.
Qeyd edək ki, dünyada cəmi 5 belə Ağırlıqqaldırma Akademiyası qurulacaq. Azərbaycanla yanaşı, bu hüquqa Asiyada Çin, Afrikada Misir, Amerikada Kuba, Okeaniyada isə Samoa sahib olub.
Bununla yanaşı, konqresdə Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının ayrı-ayrı komitələrinin hesabatları dinlənilib, kommersiya tərəfdaşlarının təqdimatı baş tutub. IWF-in konstitusiyasına təklif edilən dəyişikliklər ümumi səsvermə yolu ilə qəbul edilib.
