Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Müsahibə
    "Təəssüf ki, Mingəçeviri gəzmək imkanım olmadı" – İslandiya komandasının baş məşqçisi
    4.12.2024 12:09:55

    Mingəçevirin "Kür" kişi həndbol komandası Avropa Kubokunun 1/16 finalında 1931-ci ildə yaradılmış İslandiyanın "Höykar" komandasına 25:30 və 27:38 hesabı ilə uduzdu. Bununla da Hafnarfyördur təmsilçisi 1/8 finala vəsiqə qazandı.

    Prosport.Az "Höykar"ın 40 yaşlı baş məşqçisi Ausqeyr Örnd Hadqrimsondan müsahibə götürüb. Müsahibəyə keçməzdən öncə bildirim ki, Hadqrimson İslandiya millisində 2003-2018-ci illərdə 247 oyuna 414 qol vurub, 2004, 2008 və 2012-ci ildə keçirilmiş Olimpiadaların iştirakçısı olub, 2008-ci il Pekin Olimpiya Oyunlarının gümüş medalı və 2010-cu ildə Avstriyada keçirilmiş Avropa çempionatının bürünc mükafatına sahib çıxıb. O, 2012-2014-cü illərdə Fransanın məşhur PSJ klubunda çıxış edib.

    – Mərhələ adlayan tərəf siz oldunuz. 1-ci oyunda cəmi 5 xal fərqlə qalib gəlmişdiniz. Cavab oyununda isə 11 xal fərq qeydə alındı. Bunun səbəbi nə idi?
    – Qalib gəldiyimizə görə şadam. Düşünürəm ki, 2-ci oyunun 2-ci hissəsində yaxşı oynadıq. Müdafiədə yaxşı çıxış etdik, hücumları yaxşı həyata keçirdik. Taktiki cəhətdən yaxşı oynadıq və bunun nəticəsində belə fərqli hesabla qalib gəldik.

    – "Kür" haqqında hansı sözləri deyə bilərsiniz?
    – Yaxşı komandadır. Taktiki cəhətdən intizamlı oynadılar. Sadəcə, bizimlə matçda əks-hücumlar zamanı müdafiə olunmaq üçün sürətdə çatdırmadılar.

    – Bilirik ki, Danimarka, İslandiya kimi ölkələrdə həndbol inkişaf edib. Nə etmək lazımdır ki, Azərbaycanda da həndbol bu səviyyəyə çatsın?
    – Çox məşq keçməlidirlər. Komandada legioner oyunçular var. Bu, yaxşı haldır. Onlar yerli həndbolçuların inkişafında böyük rol oynamalıdır.

    – Bildiyim qədəri ilə ilk dəfə Azərbaycandasınız. Hansı hisslərlə İslandiyaya qayıdırsınız?
    – Hər şeyi bəyəndim. İnfrastruktur, qaldığımız hotel əla idi. Oyun zamanı da çox yaxşı atmosfer vardı. Biz İslandiyaya pozitiv xatirələrlə qayıdırıq.

    – Əslində mən bu sualı verərkən, oyundankənar görüntülərlə bağlı hisslərinizi öyrənmək istəmişdim. Mingəçevir şəhərini və Kürqırağını gəzmək imkanınız oldu?
    – Başa düşdüm. Təəssüf ki, şəhəri gəzmək üçün imkanımız olmadı. Çünki ancaq bu oyunlara köklənmişdik. Ancaq təşkilatçılarla danışarkən onlar şəhərinizin gözəl olduğunu bildirdi.

    Səbuhi Musa

    Voleybol

    "Turan" Çempionlar Liqasında mübarizəyə başlayır

    20.10.2026 10:24:06
    Top oyunları

    "Rəqib bizim səhvlərimizdən 18 xal qazandı" - Tahir Baxşıyev

    19.10.2026 22:15:29
    Basketbol

    "2-ci hissədə yaxşı oynamadıq" - "Sabah"ın baş məşqçisi

    19.10.2026 21:40:31
    Top oyunları

    "Sabah" bu dəfə də qalib gəldi

    19.10.2026 20:47:19
    Voleybol

    "Qadın voleybolu daha zərif və baxımlı görünür” - "Turan"ın prezidenti

    19.10.2026 19:23:10
    Voleybol

    Tovuz Çempionlar Liqasına hazırdır

    19.10.2026 17:18:25
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Neftçi"nin sabiq prezidenti Macarıstana gedir

    20.10.2026 12:52:52

    Rəşad Nəbiyev dünya çempionatında iştirak edən cüdoçularla görüşdü

    20.10.2026 12:16:58

    "Sabah"ın gəncləri ilk xal axtarışında

    20.10.2026 11:16:27

    U-15 dünya çempionatının ilk iştirakçısı Bakıya gəldi - FOTOLAR

    20.10.2026 10:56:39

    "Turan" Çempionlar Liqasında mübarizəyə başlayır

    20.10.2026 10:24:06

    Çempionlar Liqası: "Sabah" Almaniya nəhənginə qarşı

    20.10.2026 10:00:00

    Millimizin üzvü Azərbaycana qayıtmaq istəyir

    19.10.2026 23:54:18

    Toral Bayramov oynadı, "Bursaspor" liderlə xaı fərqini azaltdı

    19.10.2026 23:17:23

    Azərbaycanın 2 taekvondçusu Qətərdə döyüşəcək

    19.10.2026 22:41:13

    "Rəqib bizim səhvlərimizdən 18 xal qazandı" - Tahir Baxşıyev

    19.10.2026 22:15:29

    "2-ci hissədə yaxşı oynamadıq" - "Sabah"ın baş məşqçisi

    19.10.2026 21:40:31

    Azərbaycanı Avropa çempionatında 17 cüdoçu təmsil edəcək - ADLAR

    19.10.2026 21:12:30

    Gəncədə qaliblər müəyyənləşdi

    19.10.2026 20:51:33

    "Sabah" bu dəfə də qalib gəldi

    19.10.2026 20:47:19

    Akim Zedadka: "Oyundan zövq almaq istəyirik"

    19.10.2026 20:38:42
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved