Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Cüdo
    "Hidayətlə Zelim millidə lider olduqlarını sübut etməlidir" – Rəşad Rəsullu
    30.11.2024 09:57:17

    Azərbaycan Cüdo Federasiyasının icraçı vitse-prezidenti və baş katibi Rəşad Rəsullunun Prosport.Az saytına müsahibəsi

    – Ölkə çempionatı cüdoçularımız üçün nə deməkdir?
    – Azərbaycan çempionatı olimpiya tsikli dövründə ilk yarışımızdır. Hər şey 0-dan başlayır. Hər bir idmançının Azərbaycan çempionu olmaq şansı var. Özünüz də gördüyünüz kimi, 60 kq çəki dərəcəsinin yarımfinalında Hüseyn Allahyarov favorit göstərilən Balabəy Ağayevə qalib gəldi. 66 kq-da Ruslan Paşayevin Elşən Əsədova uduzması sürpriz oldu. Nazir Talıbov 1/4 final və təsəlliverici yarışda uduzdu. Növbəti günlərdə də sürpiz nəticələr qeydə alına bilər. Milli komandanın performans direktoru Riçard Trautman hamısını tribunadan izləyir. Yəni, hər bir idmançının milli komandaya düşməsi üçün bu çempionat yaxşı şansdır. Ümid edirəm ki, idmançılar da bu yarışın mahiyyətini başa düşür və bunu ən yüksək səviyyədə dəyərləndirəcək.

    – Çempionat 3 günə sığışdırılıb. Ola bilər ki, növbəti illərdə günlərin sayı çoxaldılsın?
    – Biz bu yarışı kompakt etməyə çalışırıq. Ara günləri iş günü olduğundan, tamaşaçı sayına təsir edir. Ancaq həftəsonları gördüyünüz kimi, tamaşaçı baxımından problemimiz yoxdur. Əslində fərdi yarışı 3 gün edib, komanda yarışını keçirməmək və ya tamam başqa tarixdə keçirmək olardı. Biz bu məsələni müzakirə edəcəyik. Özümüzü tərifləmək kimi olmasın, yarışı ən azı Qran-pri və ya "Böyük Dəbilqə" səviyyəsində təşkil etməyə çalışmışıq.

    – Əslində beynəlxalq standartlarda komanda yarışları miks, yəni kişi və qadın komandalardan təşkil olunur. Ancaq sizdə kişi komandaları yarışacaq...
    – Bəli, bu bizdə ən əsas problemlərdən biridir. Çünki yuxarı çəki dərəcəsində – 57, 70 və +70 kq-da qadınlarda idmançı sayı azdır. Ehtimal kimi desəm, gənclər və U-23 Avropa çempionu olan Fidan Əlizadə çəki dərəcəsini 63 kq-a dəyişsə, bu o deməkdir ki, 70 kq-da bizi Olimpiadada təmsil edə bilər. Ən ağır çəkidə problemi isə məşqçilərlə birgə müzakirə edib, həll etməyə çalışacağıq.

    – Olimpiya çempionlarımızın çəki dəyişməsi gündəmdədir?
    – Xeyr, belə şey gündəmdə deyil. Bildiyim qədəri ilə, hər ikisi öz çəki dərəcəsində davam etməyi planlaşdırır.

    – Uşanqi Kokaurinin Olimpiadadan sonra karyerasını bitirəcəyi deyilirdi. Ancaq Azərbaycan çempionatında yarışacaq...
    – Uşanqi davam etmək niyyətindədir. Biz heç kimi karyerasını bitirməyə məcbur edə bilmərik. Düzdür, hamı deyir ki, o gedib uduzur. Ancaq Olimpiadada 7-ci oldu. Hazırda kimsə Uşanqidən güclüdürsə, buyursun. Nə vaxt ki, ondan güclü kimsə olacaqsa, əminəm ki, Kokauri özü getməyə qərar verəcək. Hazırda ondan güclü idmançı yoxdur. Məsələn, bu yarışda siz Elmar Qasımovun tatamiyə 100 kq çəki dərəcəsində qayıtdığını görəcəksiniz. Təxminən 2 il əvvəl karyerasını bitirmişdi. İndi qərar verdi ki, tatamiyə qayıtsın. Əsas məsələ odur ki, onlar tatamidə güclü olduqlarını sübut etsin. Hətta Hidayət Heydərovla Zelim Kotsoyev belə, 0-dan başlayacaq. Onlar yenidən milli komandada lider olduqlarını sübut etməlidir. Bizim üçün əsas məsələlərdən biri də qaydalarla bağlıdır. Dekabrın ortasında İstanbulda texniki seminar olacaq və orada yeni qaydalar elan ediləcək. Orada da bizdən vitse-prezident Elnur Məmmədli və performans direktoru Riçard Trautmanın rəhbərliyi altında böyük nümayəndə heyəti iştirak edəcək. Orada ayaqdan tutmanı qaytarmaq kimi çox radikal dəyişikliklər gözlənilir. Ona görə də yeni qaydalara adaptasiya baxımından daha böyük işlər gözləyir.

    Səbuhi Musa

    Müsahibə

    "Sabah"a vura bilməyimiz qolları "Fənərbağça"ya saxladıq" - Lukaş Provod

    14.10.2026 15:13:56
    Müsahibə

    "Məqsədimiz hər oyunda 3 xal qazanmaqdır" - Hayderson Hurtado

    12.10.2026 19:17:07
    Müsahibə

    "Kindzerskayanın niyyəti ciddidirsə, özü ilə söhbət edərik" – Rəşad Rəsullu

    12.10.2026 17:44:31
    Digər idman növləri

    "Dünya Kubokunun Bakıda keçirilməsi yalnız bu il üçün nəzərdə tutulmuşdu" – Baş katib

    10.10.2026 10:46:15
    Cüdo

    "Ömər özü dünya çempionu olmaq istəyirdi" – Onun qohumu Fərhad Rəcəbli

    9.10.2026 15:42:46
    Müsahibə

    "Düşünürdüm ki, atamı sevindirim" – İlk dəfə dünya 3-cüsü olan Murad Fətiyev

    8.10.2026 19:50:12
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Neftçi"nin sabiq prezidenti Macarıstana gedir

    20.10.2026 12:52:52

    Rəşad Nəbiyev dünya çempionatında iştirak edən cüdoçularla görüşdü

    20.10.2026 12:16:58

    "Sabah"ın gəncləri ilk xal axtarışında

    20.10.2026 11:16:27

    U-15 dünya çempionatının ilk iştirakçısı Bakıya gəldi - FOTOLAR

    20.10.2026 10:56:39

    "Turan" Çempionlar Liqasında mübarizəyə başlayır

    20.10.2026 10:24:06

    Çempionlar Liqası: "Sabah" Almaniya nəhənginə qarşı

    20.10.2026 10:00:00

    Millimizin üzvü Azərbaycana qayıtmaq istəyir

    19.10.2026 23:54:18

    Toral Bayramov oynadı, "Bursaspor" liderlə xaı fərqini azaltdı

    19.10.2026 23:17:23

    Azərbaycanın 2 taekvondçusu Qətərdə döyüşəcək

    19.10.2026 22:41:13

    "Rəqib bizim səhvlərimizdən 18 xal qazandı" - Tahir Baxşıyev

    19.10.2026 22:15:29

    "2-ci hissədə yaxşı oynamadıq" - "Sabah"ın baş məşqçisi

    19.10.2026 21:40:31

    Azərbaycanı Avropa çempionatında 17 cüdoçu təmsil edəcək - ADLAR

    19.10.2026 21:12:30

    Gəncədə qaliblər müəyyənləşdi

    19.10.2026 20:51:33

    "Sabah" bu dəfə də qalib gəldi

    19.10.2026 20:47:19

    Akim Zedadka: "Oyundan zövq almaq istəyirik"

    19.10.2026 20:38:42
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved