Naxçıvanda daha 4 idman federasiyası fəaliyyətini dayandırıb.
Prosport.Az APA-ya istinadən xəbər verir ki, atletika, atıcılıq, paralimpiya, Hava və Ekstremal İdman Növləri federasiyaları ləğv edilib.
Federasiyaların bölmələrinin muxtar respublikada fəaliyyətinə isə növbəti ilin ilk ayında aydınlıq gələcək.
Qeyd edək ki, bu federasiyalar Naxçıvanda 2000-ci illərin əvvəllərindən fəaliyyət göstərirdi.
Xatırladaq ki, bir müddət əvvəl Naxçıvan Muxtar Respublikasında Ali Məclisinin keçmiş sədri Vasif Talıbovun oğlu Seymur Talıbovun sədrlik etdiyi Şahmat Federasiyası və qardaşı Məhərrəm Talıbovun kurasiyasında olan Boks Federasiyası fəaliyyətini dayandırıb.
