Polşanın Pila şəhərində 23 yaşadək cüdoçular arasında keçirilən Avropa çempionatında Azərbaycan yarışı 5 medalla başa vurub.
Prosport.Az xəbər verir ki, Ömər Rəcəbli (81 kq) 3-cü yer uğrunda görüşdə qalib gəlib.
Qeyd edək ki, daha əvvəl cüdoçularımızdan Fidan Əlizadə (57 kq) və Hüseyn Allahyarov (60 kq) qızıl, Aydan Vəliyeva (52 kq) gümüş, Rüfət Şövlətov (73 kq) isə bürünc medala sahib çıxıb.

