Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Müsahibə
    65 yaşında 12-ci dəfə dünya çempionu olan Rəcəbli: "Azərbaycan bayrağını qaldırmaqdan ləzzət alıram"
    10.11.2024 13:27:00

    "İlk rəqibim yerli idmançı Lorenso Şipp idi. Onunla ilk dəfə güləşirdim. Amerikalı idmançıya qalib gəldim. Sonra elə alındı ki, ardıcıl 3 rəqibim Fransa cüdoçusu (Filipp Juni, Mişel Dümortye, Alen Daye) oldu. İlk 2 fransalı cüdoçu ilə də ilk dəfə görüşürdüm. 2-ci fransalı ilə görüş bir az uzun çəkdi. Sonda onu əks fəndə salıb vaza-ari ilə qalib gəldim. Finalda qarşılaşdığım Alen Dayeni 6-7 il əvvəl məğlub etmişdim. Bu dəfə də ona qalib gələrək 12-ci dəfə dünya çempionu oldum".

    Bunu Prosport.Az-a açıqlamasında ABŞ-nin Las-Veqas şəhərində 12-ci dəfə dünya çempionu olan veteran cüdoçu Fərhad Rəcəbli deyib.

    65 yaşlı veteran bildirib ki, Las-Veqasla Bakı arasında saat fərqi çətinlik yaratsa da, məqsədinə çatıb: "Görüşlərimdə qələbələri fərqli kumi-katalarla əldə etdim. Çıxışımdan razıyam, pis alınmadı. Özünüz bilirsiniz ki, ABŞ-a gəlib-getmək çətin məsələdir. 12 saatlıq fərq var. Noyabrın 2-si ABŞ-yə çatmışdıq. 4-ü isə güləşməli idi idim. Çempionluqdan 1 gün əvvəl çarpayımda uzansam da, yuxum gəlmirdi. Çünki biz Bakı saatına öyrəşmişik. Fikirləşdim ki, sabah güləşə bilməyəcəyəm. Həmd olsun Allaha, buna baxmayaraq, yenə dünya çempionu oldum. Məqsədim bir idi: bayrağımızı qaldırıb, himnimizi səsləndirmək. Mən Azərbaycan bayrağını qaldırmaqdan ləzzət alıram...

    Amerika qitəsində ilk dəfə 2005-ci ildə Kanadada dünya çempionu olmuşdum. 2016-cı ildə ABŞ-nin Mayami şəhərində qızıl medal qazanmışdım. 2018-ci ildə Meksikanın Kankun şəhərində də qalib olmuşdum. Bu qitədə 4-cü, ABŞ-də isə 2-ci dünya çempionluğumdur. Mən deyərdim ki, indi 8 il əvvəl Mayamidə keçirilmiş dünya çempionatından daha yaxşı hazırlaşmışdım.

    42 yaşımdan veteranların yarışında iştirak edirəm. Bildiyiniz kimi, veteranların yarışında hər 5 yaşdan bir kateqoriyalar var. Mən M3-lə başlamışdım. Artıq 65 yaşım var və bu dünya çempionatında ilk dəfə M8 kateqoriyasında çıxış etdim".

    10 dəfədən artıq dünya çempionları Beynəlxalq Cüdo Federasiyası tərəfindən xüsusi mükafatlandırılıb. 3 veteran arasında azərbaycanlımız F.Rəcəbli də var: "Ən çox dünya çempionu olan niderlandlı cüdoçudur (Hendrik Kope). O, 13 dəfə olub. Mən isə 12 dəfə dünya çempionu olmaqla 2-ciyəm. Bu səbəbdən də bizə yarışdan sonra xüsusi mükafat təqdim olundu".

    O, qarşılaşdığı veteranların heç biri ilə əvvəl peşəkar cüdoda olarkən üz-üzə gəlməyib. Lakin Rəcəbli xatırlayır ki, bir dəfə 2002-ci ildə belə bir hadisə olub: "SSRİ yığmasında olarkən Məhəmməd Kukurxoyevlə (Qazaxıstan doğumlu, inquş əsilli idmançı cüdo üzrə Ukrayna çempionu olub, veteranlar arasında dördqat dünya və üçqat Avropa çempionudur – S.M.) bir otaqda qalırdım, dostluğumuz da vardı. Həmin vaxt fərqli çəki dərəcələrində çıxış edirdik deyə, güləşməmişdik. Ancaq elə oldu ki, veteranların yarışlarında onunla 2 dəfə rəqib oldum. 2002-ci ildə Şimali İrlandiyada keçirilən dünya çempionatının yarımfinalında mənə qalib gəldi. Növbəti il Yaponiyada keçirilən dünya çempionatında isə mən onu məğlub etdim".

    F.Rəcəbli həmçinin, onu qeyd edib ki, yarışı 4 medalla (2 qızıl, 2 bürünc) başa vursalar da, 12 idmançımıza viza verilməməsi medalların kəmiyyətinə təsir edib: "67 ölkədən 1132 idmançının (bunların 10-u azərbaycanlı veteran olub – S.M.) iştirak etdiyi dünya çempionatına bəzi veteran cüdoçularımız viza problemi ucbatından qatıla bilmədi. Bizdən 12 nəfər ABŞ vizası ala bilmədi. Tək bizdə belə problem olmayıb. Məsələn, Qazaxıstandan 200-ə yaxın idmançı qeydiyyatdan keçmişdi. Ancaq vizaya görə yalnız 58 idmançı dünya çempionatına qatıla bilmişdi".

    Sonda veteranlar üzrə komandamızın kapitanı da olan Fərhad Rəcəbli cüdo müəllimlərinə bəzi məsləhətlərini verib: "Seniorlar"da çıxış edərkən titulu olan idmançıların veteranların dünya çempionatında tanınmayan, idmanda nəticələri olmayan birilərinə məğlub olduğunu çox görmüşəm. Bəlkə də bu səbəbdən titullu bəzi idmançılar veteranların yarışına qatılıb tanınmamış rəqibinə uduzmaqdan çəkinir. Burada gənc vaxtında qazandığın titullar rol oynamır. Yaşından asılı olmayaraq, gündəlik peşəkar idmançı kimi məşqini keçən veteran cüdoçu burada qalib gələ bilər. Hətta gənclik illərində nəticəsi olmayan və ya cüdo ilə məşğul olmayan, sonradan maraq salıb bu idmana gəlmiş veteranın da qalib gəldiyini görmüşəm. Ona görə də hamı işinə peşəkar idmandakı kimi məsuliyyətlə yanaşsa, dünya çempionu ola bilər".

    Səbuhi Musa

    Müsahibə

    "Sabah"a vura bilməyimiz qolları "Fənərbağça"ya saxladıq" - Lukaş Provod

    14.10.2026 15:13:56
    Futbol

    "Məqsədimiz hər oyunda 3 xal qazanmaqdır" - Hayderson Hurtado

    12.10.2026 19:17:07
    Müsahibə

    "Kindzerskayanın niyyəti ciddidirsə, özü ilə söhbət edərik" – Rəşad Rəsullu

    12.10.2026 17:44:31
    Digər idman növləri

    "Dünya Kubokunun Bakıda keçirilməsi yalnız bu il üçün nəzərdə tutulmuşdu" – Baş katib

    10.10.2026 10:46:15
    Müsahibə

    "Ömər özü dünya çempionu olmaq istəyirdi" – Onun qohumu Fərhad Rəcəbli

    9.10.2026 15:42:46
    Cüdo

    "Düşünürdüm ki, atamı sevindirim" – İlk dəfə dünya 3-cüsü olan Murad Fətiyev

    8.10.2026 19:50:12
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Neftçi"nin sabiq prezidenti Macarıstana gedir

    20.10.2026 12:52:52

    Rəşad Nəbiyev dünya çempionatında iştirak edən cüdoçularla görüşdü

    20.10.2026 12:16:58

    "Sabah"ın gəncləri ilk xal axtarışında

    20.10.2026 11:16:27

    U-15 dünya çempionatının ilk iştirakçısı Bakıya gəldi - FOTOLAR

    20.10.2026 10:56:39

    "Turan" Çempionlar Liqasında mübarizəyə başlayır

    20.10.2026 10:24:06

    Çempionlar Liqası: "Sabah" Almaniya nəhənginə qarşı

    20.10.2026 10:00:00

    Millimizin üzvü Azərbaycana qayıtmaq istəyir

    19.10.2026 23:54:18

    Toral Bayramov oynadı, "Bursaspor" liderlə xaı fərqini azaltdı

    19.10.2026 23:17:23

    Azərbaycanın 2 taekvondçusu Qətərdə döyüşəcək

    19.10.2026 22:41:13

    "Rəqib bizim səhvlərimizdən 18 xal qazandı" - Tahir Baxşıyev

    19.10.2026 22:15:29

    "2-ci hissədə yaxşı oynamadıq" - "Sabah"ın baş məşqçisi

    19.10.2026 21:40:31

    Azərbaycanı Avropa çempionatında 17 cüdoçu təmsil edəcək - ADLAR

    19.10.2026 21:12:30

    Gəncədə qaliblər müəyyənləşdi

    19.10.2026 20:51:33

    "Sabah" bu dəfə də qalib gəldi

    19.10.2026 20:47:19

    Akim Zedadka: "Oyundan zövq almaq istəyirik"

    19.10.2026 20:38:42
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved