Azərbaycan qılıncoynadanı Abbas Hüseynov Türkiyənin İstanbul şəhərində keçirilən "Cadet Circuit" turnirində gümüş medal qazanıb.
Prosport.Az xəbər verir ki, o, 17 yaşadək idmançılar arasında sablya növündə uğurlu çıxış edib.
Qrup mərhələsində 5 görüşdə qalib gələn Abbas Hüseynov pley-offda Rumıniya, Misir, Böyük Britaniya, Bolqarıstan və Türkiyəni təmsil edən rəqiblərini üstələyərək finala yüksəlib.
O, həlledici dueldə Türkiyə qılıncoynadanı Yigit Ayaza 6:15 hesabı ilə uduzaraq "Cadet Circuit"in İstanbulda keçirilən mərhələ yarışında gümüş mükafatla kifayətlənib.
Qeyd edək ki, turnirə 150-dən çox idmançı qatılıb.
