Macarıstanın Dyör şəhərində yeniyetmə cüdoçular arasında Avropa Kuboku start götürüb.
Prosport.Az xəbər verir ki, ilk gündə 4 çəkidə həm oğlanlarda, həm də qızlarda qaliblər bəlli olub.
Azərbaycan yığmasının heyətində 1 idmançı medal qazanıb. 55 kq çəki dərəcəsində yarışan Bayram Oruclu fəxri kürsünün ən yüksək pilləsində yer alıb. Cüdoçumuz finalda serbiyalı Aleksa Miloşeviçə qalib gəlib.
Yusif Abbasov (66 kq) isə 5-ci olub.
Qeyd edək ki, bu gün başa çatacaq turnirdə 29 ölkədən 614 idmançı qələbə uğrunda mübarizə aparır. Millimiz yarışda yalnız oğlanlar arasında 8 çəki dərəsində 21 cüdoçu ilə təmsil olunur.

