Azərbaycanın veteran cüdoçuları ABŞ-nin Las Veqas şəhərində keçirilən dünya çempionatından 4 medalla qayıdır.
Prosport.Az xəbər verir ki, sonuncu gündə yeganə qadın idmançımız, F5 yaş kateqoriyasında yarışan Zülfiyyə Hüseynova (70 kq) bürünc medal əldə edib.
Zülfiyyə Hüseynova sambo üzrə beşqat dünya, ikiqat Avropa çempionu olması ilə tanınıb. Daha sonra o, cüdoya keçib. Hüseynova 2018-ci ildə Portuqaliyada keçirilmiş paracüdonun dünya çempionatının komanda yarışında bürünc medal qazanıb.
Qeyd edək ki, Azərbaycan cüdoçuları bu dünya çempionatında 2 qızıl və 2 bürünc medal əldə edib. Milli çempionatı ümumi hesabda 12-ci yerdə başa vurub.
Xatırladaq ki, daha əvvəl Fərhad Rəcəbli (M8, 90 kq), Mərdan Qədirli (M1, 90 kq) qızıl medal, İntiqam Ələkbərov (M3, 100 kq) bürünc medal qazanmışdı.

