3x3 basketbol üzrə kişi yığmamız Avropa Kubokunun seçmə mərhələsində sonuncu qrup oyununu keçirib.
Prosport.Az xəbər verir ki, əlavə vaxta gedən oyunun yekununda Lüksemburq seçməsinə 16:14 hesabı ilə məğlub olan millimiz, qrupda 3-cü pilləni tutaraq 1/4 finala yüksəlib.
Bu mərhələdə millimiz İrlandiya komandası ilə üz-üzə gələcək. Oyun Bakı vaxtı ilə saat 16:50 -də start götürəcək. Cütün qalibi yarımfinalda Lüksemburq yığması ilə qarşılaşacaq.

