Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Cüdo
    Olimpiya çempionları Bakıda yeni zalın açılışını etdi – FOTOLAR
    6.11.2024 19:02:56

    Azərbaycan Cüdo Federasiyasının (ACF) təşəbbüsü ilə Biləcəri qəsəbəsində yeni cüdo zalı fəaliyyətə başlayıb.

    Prosport.Az xəbər verir ki, bununla əlaqədar noyabrın 6-da qurumun icraçı vitse-prezidenti Rəşad Rəsullu, vitse-prezident Elnur Məmmədli, olimpiya çempionu Hidayət Heydərov və digər rəsmi şəxslər cüdo zalına baş çəkərək orada yaradılan şəraitlə tanış olub.

    Cüdo zalında 320 kv.m sahəsi olan “dojo” (cüdo məşq zalı) və 75 kv.m sahəsi olan fiziki hazırlıq zonası mövcuddur. Cüdo zalı Beynəlxalq Cüdo Federasiyasının rəsmi təchizatçısı olan Almaniyanın “Zebra” şirkətinin tatamiləri, fiziki hazırlıq zonası uşaqların fiziki inkişafının təmin edilməsi üçün lazımi idman avadanlıqları ilə təchiz edilib. Bundan başqa, valideynlər üçün gözləmə zonası, məşqçi və paltardəyişmə otaqları da mövcuddur.

    R.Rəsullu bildirib ki, ACF-nin fəaliyyətində əsas istiqamətlərdən biri ölkədə mövcud olan cüdo məşq zallarının maddi-texniki bazasının təkmilləşdirilməsidir: “Bakı şəhərinin ən iri qəsəbələrindən olan və 50 mindən çox əhalinin yaşadığı Biləcəridə ən müasir standartlara uyğun cüdo zalının fəaliyyətinin təmin edilməsi federasiyanın bu istiqamətdə həyata keçirdiyi növbəti layihədir. Əminik ki, yeni fəaliyyətə başlayan cüdo zalı qəsəbədə yaşayan uşaqların, yeniyetmələrin və gənclərin asudə vaxtlarını səmərəli keçirmələri üçün gözəl imkan yaradacaq”.

    Qeyd edək ki, ACF 2022-ci ildən etibarən Bakı və regionlarda 100-ə yaxın cüdo zalını 6500 tatami ilə təmin edib və 1300 idmançının ödənişsiz məşq keçməsinə şərait yaradıb. Həmçinin federasiyanın maliyyə dəstəyi ilə Sumqayıt, Gəncə, Zaqatala və Qusarda regional təlim-məşq mərkəzləri fəaliyyətə başlayıb, Ağstafa, Sabirabad, Qazax, Zəngilan rayonunun Ağalı kəndi və Bakının Zirə qəsəbəsində cüdo zalları təmir edilərək istifadəyə verilib.

    Növbəti ildə isə federasiyanın fəaliyyət proqramına uyğun olaraq, təxminən 50 cüdo zalının daha 4 min tatami ilə təmin edilməsi, həmçinin İmişli, Şabran, Qax və bir sıra digər rayonlarda yeni cüdo zallarının fəaliyyətə başlaması planlaşdırılır.

    Cüdo

    Cüdoçularımız Asiya Açıq Turnirinə 8 medalla başladılar

    17.10.2026 20:40:29
    Digər idman növləri

    Prezident 4 idmançını təltif etdi - ADLAR

    16.10.2026 14:41:34
    Cüdo

    Cüdo millimizin Asiya Açıq Turniri üçün heyəti bilindi

    15.10.2026 16:45:28
    Cüdo

    ABŞ səfirliyi cüdo millimizi təbrik etdi

    13.10.2026 18:48:47
    Cüdo

    Marius Vizerdən Azərbaycana dünya çempionatı təşəkkürü

    13.10.2026 17:51:33
    Cüdo

    Cüdo üzrə Bakı mundialı daha bir tarixi nəticə ilə yadda qalıb

    13.10.2026 16:09:39
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    2 idmançımız zədələndi, millimiz yarımfinal görüşünə çıxa bilmədi

    19.10.2026 10:26:41

    "Sabah”la görüşdə eyni səhvləri təkrarlamamalıyıq" - "Borussiya"nın idman direktoru

    19.10.2026 10:00:14

    "Qalatasaray"ın keçmiş prezidenti Bakıya gəlir

    18.10.2026 23:17:21

    "Oyunçular hətta onlardan nə tələb etdiyimi tam anlamır" – "Sumqayıt"ın baş məşqçisi

    18.10.2026 23:03:25

    Karateçilərimiz dünya çempionatını 5 medalla başa vurdular

    18.10.2026 22:59:47

    "Müdafiədə etibarlı oynadıq" - Konstantinos Vasiliadis

    18.10.2026 22:42:10

    "O, dünyada ən ucuz və ən keyfiyyətli legionerdir" – Azər Məmmədov

    18.10.2026 21:38:45

    "Məğlub olsaydıq belə, buradan mənfi enerji ilə ayrılmayacaqdım" – Rəşad Sadıqov

    18.10.2026 21:35:23

    Gəncədə "qonşu"ların dueli sülhlə bitdi - VİDEO

    18.10.2026 20:31:10

    "Neftçi"dən rahat qələbə

    18.10.2026 20:20:39

    Naxçıvan klubunun baş məşqçisi: "Sabah"la oyun da çətin olacaq"

    18.10.2026 19:45:56

    "Toparlanmalıyıq..." - Gəncə klubunun məşqçisi

    18.10.2026 19:11:07

    "İmişli"yə gəlməzdən öncə Starkovla məsləhətləşmişdim" – Ervin Perkon

    18.10.2026 18:28:11

    "Kəpəz" - "Zirə" - HEYƏTLƏR

    18.10.2026 18:03:32

    "İmişli" layiqli qələbə qazandı" – Qurban Berdiyev

    18.10.2026 17:47:41
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved