ABŞ-nin Las-Veqas şəhərində veteranlar arasında dünya çempionatının ilk günündə cüdoçularımız 1 qızıl medal əldə edib.
Prosport.Az xəbər verir ki, kişilər arasında 3 yaş kateqoriyası üzrə 3 cüdoçumuz medallar uğrunda mübarizə aparıb.
M8 yaş kateqoriyası üzrə 90 kq çəkidə Fərhad Rəcəbli bütün rəqiblərini tatamidə üstələyərək usta cüdoçular arasında dünya çempionatında 12-ci dəfə qızıl medal qazanıb. M7 yaş kateqoriyası üzrə 90 kq çəkidə Nazim Əliyev yarışı 5-ci yerdə tamamlayıb.

