Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Neftçi" məni yarıyolda qoydu" – Qara Qarayev
    2.11.2024 14:14:43

    "Araz-Naxçıvan"ın yeni transferi Qara Qarayev Misli Premyer Liqasının XII turunda səfərdə “Neftçi”yə 1:0 hesabı ilə qalib gəldikləri oyundan sonra jurnalistlərin suallarını cavablandırıb.

    Prosport.Az xəbər verir ki, təcrübəli futbolçu əvvəlcə Naxçıvan təmsilçisinə keçidindən danışıb.

    – Komandaya 2 gündür ki, gəlmişəm. Artıq yavaş-yavaş adaptasiya oluram. Uzun müddət məşqsiz idim, Elmar Baxşıyev sağ olsun, mənə güvən verir. Komandamı qələbə münasibəti ilə təbrik edirəm. “Araz-Naxçıvan”a gəlməmiş fikirlərim bu qədər sağlam deyildi. Lakin bura gəldikdən sonra gördüm ki, atmosfer, uşaqların rəftarı tamam başqadır.

    – Uyğunlaşma dövrü nə vaxt bitər?
    – Ayağımda müəyyən ağrılar var. Əgər onlar olmasa, daha qısa zamanda özümə gələcəyəm. Buna baxmayaraq, hazırda 80% məşqləri edirəm.

    – “Zirə” ilə matçda sizi meydanda görə biləcəyik?
    – Ola bilər. Hələ 3-4 gün vaxt var. Əlimdən gələni edəcəyəm ki, qarşıdakı oyunlarda komandama faydalı olum.

    – “Araz-Naxçıvan”la danışıqlarınız çoxdan gedirdi?
    – Yox, qətiyyən. Elmar müəllim məni nə vaxt yığdısa, həmin gün də müqavilə imzalandı. Elə bir plan yox idi ki, “Neftçi” ilə oyun öncəsi baş tutsun, motivasiya artsın.

    – Ölkə xaricindən təkliflərinizin olduğu deyilirdi...
    – Həmin an düşdüyüm situasiya pis idi. Bəlkə də başqa vaxt olsaydı, daha da yaxşı təklif ala bilərdim. Çünki uzun müddət “Neftçi”də oynadılmayıb, əvəzedicilərə göndərildikdən sonra müqaviləni və öz taleyini bilmədən araya soyuqluq girmişdi. Belə olduqda hansısa klubdan təklif almaq çox çətin idi. Düşdüyüm vəziyyətin çətinliyi daha çox yaradılan situasiya ilə bağlı idi. Ən azından vaxtında desəydilər, hər şey fərqli ola bilərdi. Çünki Avropadan gələn təklifi “Neftçi”yə görə rədd etmişdim. Sonra da klub məni yarıyolda qoydu.

    – Meydana çıxmasanız da, ilk oyun sizi yarıyolda qoyan komandaya qarşı oldu. 1:0 hesablı qələbə haqda təəssüratlarınız necədir?
    – Ümumiyyətlə, bu haqda heç düşünmürəm. Hər kəsdən xahiş edirəm ki, mənə keçmişlə bağlı heç nə xatırlatmasın. Çünki düşünmək istəmirəm. Mən vicdani tərəfdən rahatam. 10 illik karyeramda harada olsam da, vicdanla çalışaraq, ən yaxşısını etmişəm.

    – Yayda “Araz-Naxçıvan”la avrokuboklarda oynaya biləcəksiniz?
    – Heç vaxt vəd verməmişəm. Məncə, futbolçuların və məşqçilərin hədəfləri növbəti həftə, növbəti oyun ilə bağlı olmalıdır.

    – “Turan Tovuz” və “Sabah”dan da sizə təklif olduğu bildirilirdi. Bəs, niyə onları yox, “Araz-Naxçıvan”ı seçdiniz?
    – Bəzi xəbərlər şayiə idi. İndinin özündə belə, mediada haqqımda doğru olmayan informasiyalar gedir. Qara piar kampaniyasıdır və ya neyləmək istəyirlər, bunu bilmirəm. Telefonum açıq idi. İndiyə kimi məni Naxçıvan təmsilçisindən başqa yığan, real təklif edən olmayıb. Hətta “Araz-Naxçıvan”la müqavilə şərtlərini belə danışmamışıq. Sadəcə, imza atarkən aylıq maaşı gördüm. Mənim üçün əsas olan inam idi. Amma bəzi xəbər saytlarında özlərindən maaş yazırlar. Bunu yazmağın bir mənası yoxdur. Nə etməyə çalışdıqlarını anlamıram. Bir idmançı və insan kimi bunlara layiq deyiləm.

    Futbol

    "Neftçi"nin sabiq prezidenti Macarıstana gedir

    20.10.2026 12:52:52
    Akademiya

    "Sabah"ın gəncləri ilk xal axtarışında

    20.10.2026 11:16:27
    Akademiya

    U-15 dünya çempionatının ilk iştirakçısı Bakıya gəldi - FOTOLAR

    20.10.2026 10:56:39
    Futbol

    Çempionlar Liqası: "Sabah" Almaniya nəhənginə qarşı

    20.10.2026 10:00:00
    Futbol

    Millimizin üzvü Azərbaycana qayıtmaq istəyir

    19.10.2026 23:54:18
    Futbol

    Toral Bayramov oynadı, "Bursaspor" liderlə xaı fərqini azaltdı

    19.10.2026 23:17:23
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Neftçi"nin sabiq prezidenti Macarıstana gedir

    20.10.2026 12:52:52

    Rəşad Nəbiyev dünya çempionatında iştirak edən cüdoçularla görüşdü

    20.10.2026 12:16:58

    "Sabah"ın gəncləri ilk xal axtarışında

    20.10.2026 11:16:27

    U-15 dünya çempionatının ilk iştirakçısı Bakıya gəldi - FOTOLAR

    20.10.2026 10:56:39

    "Turan" Çempionlar Liqasında mübarizəyə başlayır

    20.10.2026 10:24:06

    Çempionlar Liqası: "Sabah" Almaniya nəhənginə qarşı

    20.10.2026 10:00:00

    Millimizin üzvü Azərbaycana qayıtmaq istəyir

    19.10.2026 23:54:18

    Toral Bayramov oynadı, "Bursaspor" liderlə xaı fərqini azaltdı

    19.10.2026 23:17:23

    Azərbaycanın 2 taekvondçusu Qətərdə döyüşəcək

    19.10.2026 22:41:13

    "Rəqib bizim səhvlərimizdən 18 xal qazandı" - Tahir Baxşıyev

    19.10.2026 22:15:29

    "2-ci hissədə yaxşı oynamadıq" - "Sabah"ın baş məşqçisi

    19.10.2026 21:40:31

    Azərbaycanı Avropa çempionatında 17 cüdoçu təmsil edəcək - ADLAR

    19.10.2026 21:12:30

    Gəncədə qaliblər müəyyənləşdi

    19.10.2026 20:51:33

    "Sabah" bu dəfə də qalib gəldi

    19.10.2026 20:47:19

    Akim Zedadka: "Oyundan zövq almaq istəyirik"

    19.10.2026 20:38:42
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved