Azərbaycan ağırlıqqaldıranları Kubanın paytaxtı Havana şəhərində Beynılxalq Ağır Atletika Federasiyasının qran-pri yarışında iştirak ediblər.
Prosport.Az xəbər verir ki, Paris 2024 Olimpiya Oyunlarına lisenziya xarakterli turnirə 72 ölkədənn 272 atlet qatılıb.
Yarışda Azərbaycan yığmasının da 3 üzvü körpücük üzərinə çıxıb.
Onlardan ilk olaraq Ömər Cavadov mübarizəyə başlayıb. O, 73 kq çəki dərəcəsində qüvvəsini sınayıb.Atletimiz toplam 311 (144+167) kq nəticə göstərib və 6-cı pillədə qərarlaşıb.
Son olaraq Əli Şükürlü və Dadaş Dadaşbəyli 102 kq çəki dərəcəsinin B qrupunda yarışıblar. Əli Şükürlü zədə səbəbindən yarışı nəticəsiz başa vurmağa məcbur olub. Dadaşbəyli isə toplam 320 kq (145+175) nəticə göstərib və ümumi sıralamada 9-cu mövqedə qərarlaşıb.

