Anna Skidan beynəlxalq yarışda uğurlu çıxışla yadda qalıb.
Prosport.Az xəbər verir ki, Estoniyanın Yıhvi şəhərində Dünya Kontinental Turu – bürünc səviyyədə keçirilən Heyno Lipp memorialında çəkic atma növündəki təmsilçimiz 68.67 metr göstəriciyə nail olub.
Bu nəticə ilə yalnız həmyerlisi olan Ukrayna atleti İrina Klimetsdən geri qalan Anna Skidan 2-ci yeri tutub.
Qeyd edək ki, Anna Skidan ölkəmizi bu ay Polşada start götürəcək III Avropa Oyunlarında da təmsil edəcək.

