Azərbaycan İdman Akademiyasında cüdo məşqçiliyi üzrə təhsil alan 1-ci və 2-ci kurs tələbələri üçün nəzəri və praktiki dərslər keçirilib.
Prosport.Az xəbər verir ki, dərslər müvafiq cədvələ uyğun olaraq federasiyanın Təlim-Məşq Mərkəzində aparılıb və ümumilikdə proqramda 62 tələbə iştirak edib.
Dərslər professor Mayk Kallenla yanaşı, dəvət edilmiş xarici və yerli ekspertlər tərəfindən tədris olunub.