Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Cüdo
    Azərbaycan Cüdo Federasiyası Anlaşma Memorandumu imzaladı
    24.10.2024 14:55:28

    Azərbaycan Cüdo Federasiyası (ACF), Azərbaycan İdman Akademiyası (AİA) və Böyük Britaniyanın Hertfordşir Universiteti arasında cüdo təhsilinin inkişafını hədəfləyən Anlaşma Memorandumu imzalanıb.

    Prosport.Az xəbər verir ki, bu əməkdaşlıq sayəsində AİA-da cüdo məşqçiliyi üzrə təhsil alan tələbələr üçün müasir tələblərə uyğun təhsil proqramının hazırlanması və tətbiq edilməsi təmin olunacaq.

    Nəticədə ölkədə cüdo təhsilinin keyfiyyətinin yüksəldilməsinə, məşqçilik sahəsində daha yüksək standartların təmin edilməsinə nail olunacaq.

    Layihə çərçivəsində artıq AİA-da cüdo məşqçiliyi üzrə təhsil alan 1-ci və 2-ci kurs tələbələri üçün nəzəri və praktiki dərslərə başlanılıb. Dərslər müvafiq cədvələ uyğun Federasiyanın Təlim-Məşq Mərkəzində aparılıb və ümumilikdə proqramda hazırda 62 tələbə iştirak edir. Dərslər professor Mayk Kallenla yanaşı, dəvət edilmiş xarici və yerli ekspertlər tərəfindən tədris olunur.

    İmzalanma mərasimində Böyük Britaniyanın Azərbaycandakı səfiri Ferqus Auld, AİA-nın rektoru Fuad Hacıyev, ACF-nın icraçı vitse-prezidenti Rəşad Rəsullu və digər rəsmi şəxslər iştirak edib.

    Rəşad Rəsullu bildirib ki, bu əməkdaşlıq ölkədə cüdonun hərtərəfli inkişafını təmin etmək istiqamətində mühüm addımdır:

    “Federasiyanın 2024-2028-ci illər üzrə inkişaf strategiyasının əsasında cüdo üzrə ən müasir tələblərə cavab verən məşqçilərin yetişdirilməsi və onların inkişafı dayanır. Bu təşəbbüslə biz cüdonun Azərbaycanda gələcəyinə sərmayə qoyur və məşqçilərimizin ən yüksək beynəlxalq standartlara uyğun təlim almalarını təmin edirik”.

    Hertfordşir Universitetinin professoru Dr. Mayk Kallen qarşılıqlı rifah prinsipinin federasiyanın işinin əsasını təşkil etdiyini vurğulayıb:

    “Federasiya fəaliyyətinin təkcə milli komandaların üzvləri olan idmançıların inkişafı ilə məhdudlaşdırmır, eyni zamanda cüdo ekosistemində olan bütün tərəfdaşlarla birgə çalışaraq qarşılıqlı fayda təmin edən bir icma yaratmaq istiqamətində mühüm addımlar atır. Əminəm ki, bu layihə Azərbaycanda yeni nəsil cüdo məşqçilərinin yetişməsinə birbaşa töhfə verəcək”.

    F.Hacıyev bu əməkdaşlığın Azərbaycanda cüdo təhsili və məşqçiliyin keyfiyyətinin artırılması, həmçinin gələcək nəsillərin idmanla daha təhlükəsiz və sağlam şəkildə məşğul olması üçün əhəmiyyətli fürsət olduğunu bildirib.

    Ferqus Auld Hertfordşir Universiteti ilə əməkdaşlığın aparılmasından və Britaniya təcrübəsinin tətbiq olunmasından məmnunluğunu ifadə edib, gələcək nəsillərin təhsili və sağlamlığı üçün əhəmiyyətli addım olan mərasimə dəvət olunduğuna görə minnətdarlığını bildirib.

    Daha sonra tədbir iştirakçıları praktiki dərsə baxış keçirib. Fuad Hacıyev tələbələr qarşısında çıxış edərək, onlar üçün yaradılmış bu şəraitdən maksimum istifadə etmələri üçün tövsiyələrini verib.

    Cüdo

    Cüdoçularımız Asiya Açıq Turnirinə 8 medalla başladılar

    17.10.2026 20:40:29
    Digər idman növləri

    Prezident 4 idmançını təltif etdi - ADLAR

    16.10.2026 14:41:34
    Cüdo

    Cüdo millimizin Asiya Açıq Turniri üçün heyəti bilindi

    15.10.2026 16:45:28
    Cüdo

    ABŞ səfirliyi cüdo millimizi təbrik etdi

    13.10.2026 18:48:47
    Cüdo

    Marius Vizerdən Azərbaycana dünya çempionatı təşəkkürü

    13.10.2026 17:51:33
    Cüdo

    Cüdo üzrə Bakı mundialı daha bir tarixi nəticə ilə yadda qalıb

    13.10.2026 16:09:39
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    2 idmançımız zədələndi, millimiz yarımfinal görüşünə çıxa bilmədi

    19.10.2026 10:26:41

    "Sabah”la görüşdə eyni səhvləri təkrarlamamalıyıq" - "Borussiya"nın idman direktoru

    19.10.2026 10:00:14

    "Qalatasaray"ın keçmiş prezidenti Bakıya gəlir

    18.10.2026 23:17:21

    "Oyunçular hətta onlardan nə tələb etdiyimi tam anlamır" – "Sumqayıt"ın baş məşqçisi

    18.10.2026 23:03:25

    Karateçilərimiz dünya çempionatını 5 medalla başa vurdular

    18.10.2026 22:59:47

    "Müdafiədə etibarlı oynadıq" - Konstantinos Vasiliadis

    18.10.2026 22:42:10

    "O, dünyada ən ucuz və ən keyfiyyətli legionerdir" – Azər Məmmədov

    18.10.2026 21:38:45

    "Məğlub olsaydıq belə, buradan mənfi enerji ilə ayrılmayacaqdım" – Rəşad Sadıqov

    18.10.2026 21:35:23

    Gəncədə "qonşu"ların dueli sülhlə bitdi - VİDEO

    18.10.2026 20:31:10

    "Neftçi"dən rahat qələbə

    18.10.2026 20:20:39

    Naxçıvan klubunun baş məşqçisi: "Sabah"la oyun da çətin olacaq"

    18.10.2026 19:45:56

    "Toparlanmalıyıq..." - Gəncə klubunun məşqçisi

    18.10.2026 19:11:07

    "İmişli"yə gəlməzdən öncə Starkovla məsləhətləşmişdim" – Ervin Perkon

    18.10.2026 18:28:11

    "Kəpəz" - "Zirə" - HEYƏTLƏR

    18.10.2026 18:03:32

    "İmişli" layiqli qələbə qazandı" – Qurban Berdiyev

    18.10.2026 17:47:41
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved