Azərbaycan Stolüstü Tennis Federasiyasının (ASTF) baş katibi Könül Mikayılovaya və seçmə komandanın baş məşqçisi Fərhad İsmayılova Avropa Stolüstü Tennis Birliyində vəzifəyə seçilib.
Prosport.Az xəbər verir ki, bununla bağlı qərar qurumun İcraiyyə Komitəsinin iclasında qəbul olunub.
Könül Mikayılova yenidən Gender Bərabərliyi Komitəsinə, Fərhad İsmayılov isə Veteranlar Komitəsinə üzv seçilib.
