Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Cüdo
    "Olimpiya Oyunlarından sonra həyatımda çox şey dəyişdi" - Hidayət Heydərov
    22.10.2024 11:17:45

    "Bir il ərzində həm Avropa, həm dünya, həm də Olimpiya çempionu olub tarix yazmaq doğrudan da möhtəşəm hissdir".

    Prosport.Az xəbər verir ki, bu sözləri “Paris-2024” Yay Olimpiya Oyunlarında qızıl medal qazanmış Azərbaycan cüdoçusu Hidayət Heydərov Beynəlxalq Cüdo Federasiyasının (İJF) rəsmi saytına müsahibəsində deyib.

    73 kq çəki dərəcəsində çıxış edən idmançı bu müddət ərzində həyatında baş verən dəyişikliklərdən bəhs edib: “Yay Olimpiya Oyunlarından bəri həyatımda çox şey dəyişdi. Hisslərimi sözlərlə ifadə etmək çətindir. Məşhur olmaq möhtəşəmdir. Çölə çıxanda hər kəs məni tanıyır. Lakin bunun bir çox mənfi tərəfləri var. Çünki əvvəlki həyatımdan fərqli olaraq indi istədiyim yerdə rahat şəkildə gəzə bilmirəm. Bu amil həyatımı çətinləşdirir.Bunlara baxmayaraq, əla hisslərdir. Parisdən qayıdanda bir çox insan məni qarşılamaq üçün hava limanına gəlmişdi. Yaxşı yadımdadır ki, onlar arasında mənimlə şəkil çəkdirmək istəyən balaca oğlan uşağı var idi. Amma çox sıxlıq olduğu üçün bunu bacara bilmədi. O, anası ilə birlikdə gəlmişdi. Avtomobildə əyləşən zaman uşağın mənimlə şəkil çəkdirə bilmədiyi üçün hönkür-hönkür ağladığını gördüm. Dərhal avtomobildən enib onunla şəkil çəkdirdim. Bu anları çox yaxşı xatırlayıram”.

    H.Heydərov növbəti hədəfinin 2028-ci ildə Los-Ancelesdə keçiriləcək Yay Olimpiya Oyunlarında qızıl medal qazanmaq olduğunu bildirib: “Paris-2024”dən sonra Prezident İlham Əliyevlə görüşdüm. Hətta ona söz verdim ki, növbəti Olimpiadanın da qalibi olacağam. Arzunu reallaşdırmaq üçün çox işləməlisən. Bunun üçün Olimpiya çempionunun yolundan getmək lazımdır. Ona görə mən də çempionumuz Elnur Məmmədova qulaq asdım və onun yolu ilə getdim. Nəticədə istəyimə nail oldum. Özümə çox inanırdım. Əslində Olimpiadanın Avropa və dünya çempionatlarından fərqli olmadığını anladım. Sadəcə, Oyunlar 4 ildən bir keçirildiyi üçün bütün idmançılar buraya hazır gəlmişdilər. Düşünürəm ki, bütün bunlar keçmişdə qaldı. Artıq gələcəyə baxıram. Növbəti 4 il tamamilə fərqli olacaq”.

    Cüdo

    Cüdoçularımız Asiya Açıq Turnirinə 8 medalla başladılar

    17.10.2026 20:40:29
    Cüdo

    Prezident 4 idmançını təltif etdi - ADLAR

    16.10.2026 14:41:34
    Cüdo

    Cüdo millimizin Asiya Açıq Turniri üçün heyəti bilindi

    15.10.2026 16:45:28
    Cüdo

    ABŞ səfirliyi cüdo millimizi təbrik etdi

    13.10.2026 18:48:47
    Cüdo

    Marius Vizerdən Azərbaycana dünya çempionatı təşəkkürü

    13.10.2026 17:51:33
    Cüdo

    Cüdo üzrə Bakı mundialı daha bir tarixi nəticə ilə yadda qalıb

    13.10.2026 16:09:39
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Premyer Liqada mövsümün tamaşaçı rekordu qeydə alındı

    19.10.2026 10:49:36

    2 idmançımız zədələndi, millimiz yarımfinal görüşünə çıxa bilmədi

    19.10.2026 10:26:41

    "Sabah”la görüşdə eyni səhvləri təkrarlamamalıyıq" - "Borussiya"nın idman direktoru

    19.10.2026 10:00:14

    "Qalatasaray"ın keçmiş prezidenti Bakıya gəlir

    18.10.2026 23:17:21

    "Oyunçular hətta onlardan nə tələb etdiyimi tam anlamır" – "Sumqayıt"ın baş məşqçisi

    18.10.2026 23:03:25

    Karateçilərimiz dünya çempionatını 5 medalla başa vurdular

    18.10.2026 22:59:47

    "Müdafiədə etibarlı oynadıq" - Konstantinos Vasiliadis

    18.10.2026 22:42:10

    "O, dünyada ən ucuz və ən keyfiyyətli legionerdir" – Azər Məmmədov

    18.10.2026 21:38:45

    "Məğlub olsaydıq belə, buradan mənfi enerji ilə ayrılmayacaqdım" – Rəşad Sadıqov

    18.10.2026 21:35:23

    Gəncədə "qonşu"ların dueli sülhlə bitdi - VİDEO

    18.10.2026 20:31:10

    "Neftçi"dən rahat qələbə

    18.10.2026 20:20:39

    Naxçıvan klubunun baş məşqçisi: "Sabah"la oyun da çətin olacaq"

    18.10.2026 19:45:56

    "Toparlanmalıyıq..." - Gəncə klubunun məşqçisi

    18.10.2026 19:11:07

    "İmişli"yə gəlməzdən öncə Starkovla məsləhətləşmişdim" – Ervin Perkon

    18.10.2026 18:28:11

    "Kəpəz" - "Zirə" - HEYƏTLƏR

    18.10.2026 18:03:32
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved