Azərbaycan cüdoçuları 12-13 oktyabrda Qazaxıstanın Aktau şəhərində keçirilən cüdo üzrə Açıq Asiya turnirində 1 qızıl və 3 bürünc medal əldə edib.
Prosport.Az xəbər verir ki, cüdoçularımız yarışda medal əyarına görə ümumi hesabda və kişilər arasında isə 3-cü yeri tutub.
Azərbaycan yarışda 5 çəki dərəsində 17 cüdoçu ilə təmsil olunub. Turnirin ilk günündə cüdoçularımız 1 qızıl medal əldə edib. Murad Muradlı (-60 kq) çempion olub.
Yarışın 2-ci günündə isə cüdoçularımız 3 medal qazanıb. Kişilər arasında -81 kq çəkidə Elcan Şəfiyev, +100 kq çəkidə Camal Feyziyev və Eldar Əliyev bürünc medal əldə edib.

