2026-cı ildə cüdo üzrə dünya çempionatı Azərbaycanda keçiriləcək.
Prosport.Az xəbər verir ki, Beynəlxalq Cüdo Federasiyası və ACF arasında müvafiq razılıq əldə edilib.
Qeyd edək ki, Los-Anceles Yay Olimpiya Oyunları üçün lisenziya yarışlarına Bakıda keçiriləcək dünya çempionatı ilə start veriləcək.
Xatırladaq ki, ilk dəfə cüdo üzrə böyüklər arasında dünya çempionatı 2018-ci ildə Milli Gimnastika Arenasında keçirilib. Həmin vaxt 124 ölkədən 755 idmançı Bakıdakı yarışda mübarizə aparıb.