Azərbaycanın daha bir idmançısı cəzalandırılıb.
Prosport.Az-ın xəbərinə görə, bu, hündürlüyə tullanma üzrə atlet Yusif Abdullayevdir.
O, may ayında Azərbaycan çempionu olsa da, AMADA-nın (Azərbaycan Milli Antidopinq Agentliyi) dopinq test nümunəsini təqdim etməyib. Bu səbəbdən də idmançı 4 illik cəzalandırılıb.
Yusif Abdullayevin cəzası 10 sentyabr 2028-ci ildə başa çatacaq.
