Azərbaycanın güllə atıcısı İmran Qarayev Perunun paytaxtı Limada keçirilən gənclər arasında dünya çempionatının qızıl medalını qazanıb.
Prosport.Az xəbər verir ki, 50 metr məsafəyə atəş açmada idmançımız finalda 552 xalla Rumıniya təmsilçisini geridə qoyaraq mundialın qalibi olub.
Digər güllə atıcımız Sofiya Barxalova isə bürünc medal qazanıb. Qızlar arasında 50 metr məsafəyə atəş açmada idmançımız 535 xalla fəxri kürsünün 3-cü pilləsinə qalxıb.
Qeyd edək ki, yarışa bu gün yekun vurulacaq.
