14-15 iyunda ilk dəfə Avropa kata çempionatına qatılan cüdoçularımız – Malik Alahverdiyev, Samir İsmayılov, İsmayıl Rzayev, İbrahim Aslanov, Rafiq Nəcəfov, Əmrah Əhmədov Kadokan Kata seminarına qatılıb.
Prosport.Az xəbər verir ki, Kadokan Kata seminarı yaponiyalı Kadokan mütəxəssisləri Uemura Haruki (9-cu dan), Karya Çikara (6-cı dan), Dobya Yoşihisa (8-ci dan) və Arikava Yuki (6-cı dan) tərəfindən keçirilib. Cüdoçularımız təlim zamanı əyani sürətdə imtahan verərək qurumun prezidenti Uemura Haruki tərəfindən sertifikat ilə təltif olunublar.
Kadokan Kata seminarı bacarıqların təkmilləşdirlməsi ilə yanaşı, kata-nın dərindən öyrənmək üçün unikal imkan yaradır və bu sahədə dünyada ən aparıcı məktəblərdən sayılır.
Qeyd edək ki, Azərbaycan Cüdo Federasiyası bundan sonra da cüdoçuların ustalıq səviyyəsini artırmaq məqsədi ilə Avropa Kata çempionatında və Kadokan Kata seminarında cüdoçuların iştirakını dəstəkləyəcək.

