Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Digər idman növləri
    Azərbaycan Qran-prisi rekordlarla yadda qalıb
    30.09.2024 16:34:21

    "Formula 1" Katar Eyrveys Azərbaycan Qran-prisi rekordlarla yadda qalıb.

    Prosport.Az xəbər verir ki, yarış növbəti rekorda imza atıb. 13-15 sentyabr tarixlərində baş tutmuş möhtəşəm idman yarışını tribunalardan və ayaqüstü izləyənlərin sayı son 8 ildə ən yüksək həddə çataraq 76 minə yüksəlib. Tribunalar hələ yarış başlamamış tam dolub. Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) bu il daha 2 yeni tribuna quraşdırılmaqla ümumilikdə sayı 10-a çatdırıb.

    Ötən illə müqayisədə izləyici yerlərinin sayında 35% artım olub. Maraqlı faktlardan biri Azərbaycanın yerli azarkeş sayına görə top 5 ölkə sırasında yer almasıdır. Artan marağı nəzərə alaraq, gələn il azarkeş yerinin artırılması nəzərdə tutulur.

    Bu il könüllü və marşal müraciətləri də rekord həddə çatıb. Belə ki, yarışda iştirak etmək üçün 4 gün ərzində 16 mindən çox namizədin müraciəti qeydə alınıb. 2 minə yaxın könüllü seçim mərhələlərindən uğurla keçməklə iştirakını təsdiq edib. Yarış müddətində 1400-ə yaxın marşal cəlb olunub. Onlardan 100-dən çoxu əcnəbi olub.

    Builki Bakı yarışını 300-ə yaxın media nümayəndəsi işıqlandırıb. Bunların 200-ə yaxını beynəlxalq jurnalistlər olub. Dünya media nəhəngləri "Sky Sports", "Motorsport", "Canal+", "Netflix", "The Sun" və digərləri bu sırada yer alaraq, 3 gün ərzində həyəcanlı Qran-prini bütün dünya ilə paylaşıb.

    Yarış həftə sonu təkcə qəzalarla deyil, həm də əyləncə və konsert proqramı ilə dolu olub. Fan zonada bu il ilk dəfə "Formula 1"ə aid bütün aktivasiya quraşdırılıb. Məşhur əyləncə aktivasiya stendləri, tanınmış pilotlarla keçirilən avtoqraf sessiyaları, musiqi proqramları və rəqslər azarkeşlərə unudulmaz anlar bəxş edib.

    Bundan başqa, "Crystal Hall"da keçirilən konsertlər – Vill Smit, DJ Blək Kofi və Cey Balvinin səhnə performansları – həftəni əsl əyləncə festivalına çevirib.

    Yarışın özü isə tamaşaçıları hər an diqqətdə saxlayıb. Bakı treki yenə öz məşhur dar döngələri və sürətli düz yolları ilə pilotlara çətin anlar yaşadıb. Ard-arda qəzalar həyəcanı daha da artırıb. "Red Bull" pilotu gözlənilmədən divara çarpılıb, "Ferrari" komandasının maşını isə döngədə nəzarətdən çıxıb. Ən maraqlı məqam "McLaren"in gənc pilotu Oskar Piastrinin ustalıqla toqquşmalardan qaçaraq, 51 dövrəni lider olaraq tamamlaması olub. Bu çətin şəraitdə Piastrinin göstərdiyi performans uzun müddət yadda qalacaq. "Ferrari"dən Şarl Lekler və "Mersedes"dən isə Corc Rasel amansız rəqabət apararaq müvafiq olaraq 2-ci və 3-cü yerləri tutub.

    Bu il Bakı Şəhər Halqası Əməliyyat Şirkəti sürücülərin rahatlığı üçün yarışla əlaqədar bağlanmış yolları sürətlə açıb. Nəqliyyat məhdudiyyətləri 8 ildə ilk dəfə olaraq 24 saat tamam olmadan aradan qaldırılıb.

    Digər idman növləri

    Millimiz Polşada toplanış keçəcək

    18.10.2026 16:04:47
    Digər idman növləri

    Azərbaycan çempionatında mövsümə yekun vuruldu

    17.10.2026 19:11:16
    Digər idman növləri

    Sumo üzrə dünya çempionatı başlayır - BAKIDA

    17.10.2026 16:03:30
    Digər idman növləri

    Azərbaycanlı beynəlxalq federasiyanın vitse-prezidenti seçildi

    17.10.2026 15:25:18
    Digər idman növləri

    Milli Paralimpiya Komitəsinin 30 illik yubileyi qeyd olundu - FOTOLAR

    17.10.2026 13:09:31
    Digər idman növləri

    Millimiz Avropa çempionatında bürünc medal qazandı - FOTOLAR

    17.10.2026 12:07:14
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Qalatasaray"ın keçmiş prezidenti Bakıya gəlir

    18.10.2026 23:17:21

    "Çox fərqli bir komanda görəcəksiniz" - "Sumqayıt"ın türkiyəli baş məşqçisi

    18.10.2026 23:03:25

    Karateçilərimiz dünya çempionatını 5 medalla başa vurdular

    18.10.2026 22:59:47

    "Müdafiədə etibarlı oynadıq" - Konstantinos Vasiliadis

    18.10.2026 22:42:10

    "Bəhanə gətirmək və ya ağlamaq fikrim yoxdur" – Azər Məmmədov

    18.10.2026 21:38:45

    "Bu çətin mərhələni də geridə qoyacağıq" – Rəşad Sadıqov

    18.10.2026 21:35:23

    Gəncədə "qonşu"ların dueli sülhlə bitdi - VİDEO

    18.10.2026 20:31:10

    "Neftçi"dən rahat qələbə

    18.10.2026 20:20:39

    Naxçıvan klubunun baş məşqçisi: "Sabah"la oyun da çətin olacaq"

    18.10.2026 19:45:56

    "Toparlanmalıyıq..." - Gəncə klubunun məşqçisi

    18.10.2026 19:11:07

    "İmişli"yə gəlməzdən öncə Starkovla məsləhətləşmişdim" – Ervin Perkon

    18.10.2026 18:28:11

    "Kəpəz" - "Zirə" - HEYƏTLƏR

    18.10.2026 18:03:32

    "İmişli" layiqli qələbə qazandı" – Qurban Berdiyev

    18.10.2026 17:47:41

    "İmişli" "Turan Tovuz"u əliboş göndərdi - VİDEO

    18.10.2026 17:06:12

    Naxçıvan klubu avrokubokda çıxış edən komandanı məğlub etdi

    18.10.2026 17:05:13
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved