Konqonun idman və mədəniyyət naziri Didye Budimbunun rəhbərlik etdiyi nümayəndə heyəti cüdo üzrə milli komandalar üçün təlim-məşq mərkəzində olub.
Prosport.Az xəbər verir ki, Azərbaycan Cüdo Federasiyasının rəsmiləri qonaqlara təlim-məşq mərkəzində idmançılar üçün yaradılmış müasir şərait haqqında məlumat veriblər.
Nümayəndə heyəti, həmçinin ölkəmizdə cüdo idman növünün inkişafı üçün həyata keçirən işlər və layihələrlə tanış olublar.

