Cüdo üzrə Azərbaycan millisinin Əbu-Dabidə (BƏƏ) keçiriləcək Böyük Dəbilqə turniri üçün heyəti müəyyənləşib.
Prosport.Az xəbər verir ki, yarışda Paris-2024 Yay Olimpiya Oyunlarının 3 iştirakçısı - Balabəy Ağayev (60 kq), Zelim Tçkayev (81 kq) və Leyla Əliyeva (48 kq) çıxış edəcək.
Heyətə, həmçinin Hüseyn Allahyarov (60 kq), Ruslan Paşayev, Rəşad Elkiyev (hər ikisi 66 kq), Rəşid Məmmədəliyev, Nəriman Mirzəyev (hər ikisi 73 kq), Ömər Rəcəbli (81 kq), Murad Fətiyev, Musa Hüseynli (hər ikisi 90 kq), Camal Qəmzətxanov, İmran Yusifov (hər ikisi +100 kq) və Açelya Toprak (57 kq) daxil edilib.
Qeyd edək ki, turnir oktyabrın 11-13-də keçiriləcək.

