Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Digər idman növləri
    Bakı Şəhər Halqasının media səriştəsizliyi: Qurum özünü güldürməkdə davam edir – YAZI
    14.09.2024 18:34:55

    Bakıda bu günlərdə "Formula 1" üzrə Azərbaycan Qran-prisi keçirilir. Yenə şəhərimiz bu mötəbər yarış münasibətilə xarici qonaqlarla doludur. Şəhərin mərkəzində hər addımbaşı xarici turistlərə rast gəlmək mümkündür.

    Yarış ənənəvi olaraq "İdman" telekanalı vasitəsilə bizə göstərilir. Ancaq bu il yarışın işıqlandırılmasında axsaqlıqlar var. Dünyanın gözünün burda olduğu yarış Azərbaycanda müstəqil media tərəfindən işıqlandırılmır. Bunun səbəbi isə təşkilatçı Bakı Şəhər Halqasının rəhbərliyinin səriştəsiz işidir.

    Belə ki, media işçilərinin çoxuna bu dəfə səbəbsiz şəkildə akkreditasiya verilməyib. Daha doğrusu, səbəb göstərilib. Ancaq kim ki akkreditasiya ala bilməməsinin səbəbini soruşubsa, onlara bu, izah olunub. Ancaq buna səbəb demək mümkünsə... Məsələn, elə ictimai-siyasi sayt var ki, ölkənin aparıcı qurumlarından biridir, kifayət qədər oxucu kütləsi var. Oranın baş redaktoruna IP giriş əsas gətirilib. Ancaq saytına özü və əməkdaşından başqa, kiminsə daxil olmadığı idman saytına akkreditasiya verilib. Həmin sayt ki, ötən ilədək qara siyahıda idi və ona akkreditasiya verilməkdən imtina edilmişdi.

    Şəxsən bizim sayt ötənilki haqq-hesablara, "qara siyahı" məsələsinə görə akkreditasiya müraciəti etməmişdi. Görünən budur ki, müraciət etsəydik, biz də münasibətləri yumşaltmaq üçün akkreditasiya ala biləcəkdik. Zatən "Prosport" ildə bir dəfə "Formula 1" üçün, orada verilən banket qonaqlıqlar üçün idman jurnalisti olanların yeri deyil və əmin idik ki, bu dəfə "qırmızı işıq" "yaşıl"la əvəzlənəcəkdi. Ancaq insanda üz yaxşı şeydir. Əqidəsini itirməmək isə ondan da yaxşıdır. Biz hələ də ötən il səbəbsiz yerə bizə akkreditasiya verilməməsinə görə üzrxahlığı eşitməmişik.

    Bəli, ötən il bizim üçün çətin dövr idi. Bir neçə federasiya bizə məlum səbəblərdən beynəlxalq yarışlarına akkreditasiya verməkdən imtina etmişdi. Ancaq hamısı qorxmadan bunun səbəbini bizə izah etmək cürətində bulunmuş, biz də bunu başa düşmüşdük. Yalnız Bakı Şəhər Halqası bu səbəbi qorxaqcasına bildirməkdən çəkinmişdi.

    Gimnastika Federasiyasının, yoxsa Bakı Şəhər Halqasının mətbuat katibi olduğu bilinməyən Turab Teymurov yarış başlayan vaxt Parisdə olub. Ölkəmizdə mötəbər yarış gedir, Bakı Şəhər Halqasının mətbuat katibi Fransada idi. İndi qayıdıb-qayıtmayıb, mən bilmirəm, ancaq öz mediamıza qarşı qoyulan hörmət elə burdan başlayır.

    Narazı həmkarlar bildirir ki, Bakı Şəhər Halqası daha əvvəlki tək mediaya qarşı isti münasibət göstərmir. Bəli, əvvəlki rəhbərliyin vaxtında da hər şey ideal deyildi. Ancaq yarışdan öncə səhər yeməyi bəhanəsi ilə media bir yerə yığılır və səmimi söhbət mühiti yaradılırdı. İndi isə bu məsələlər yığışdırılıb.

    Ötən il söz vermişdik ki, bu qurumun rəhbəri Maqsud Fərzullayev haqqında da yazacağıq. Gün gəlib, yetişdi. Bu adam Bakıda çox gözəl "Crescent" layihəsi ilə tanınan Fazil Fərzullayevin oğludur. Unutmasın ki, bu yağlı yerə gəlməsi də özünün xüsusi istedadına görə yox, Fazil kişinin hörmətinə görədir. 

    Görün qurum rəhbəri və onun əməkdaşları necə səriştəsiz insanlardır ki, nazirliyin fotoqrafı, Milli Gimnastika Arenasında (əvvəllər bu arenanın direktoru olub – S.M.) şəxsən tanıdığı, duz-çörək kəsdiyi idman jurnalistinə akkreditasiya verilməyib. Hələ mən avtomobildən yazan jurnalistlərə akkreditasiya verilməməsini demirəm. Bəli, yaxalarını kənara çəkmək üçün bunu FIA (Beynəlxalq Avtomobil Federasiyası) ilə izah edəcəklər. Ancaq orada işləyən hər bir əməkdaş bilir ki, mövsüm öncəsi hər bir yarış üçün media akkreditasiya almaq üçün əsas şərtlər açıqlanır. Bunu ki, bizim Bakı Şəhər Halqası jurnalistlərə təfsilatı ilə izah edə bilərdi. Bax, bunun üçün media ilə görüşlər yalnız yarışa 10 gün qalmış təşkil olunmamalı idi. Hər ay bu yöndə sayt rəhbərlərinə izahlar verilməli, çatışmazlıqların aradan qaldırılmasına çalışılmalı idi.

    Ancaq qurumun mətbuat katibi öz işini qoyub qeyri-rəsmi gimnastika tədbirlərində peyda olursa, Parisdə Olimpiada və ya Paralimpiya Oyunları üçün dincəlirsə, təbii ki, bunu təşkil etmək üçün adam da olmayacaq. İnanın, Bakı Şəhər Halqasının əməkdaşları da bu durumdan narazıdır. Çünki əməkdaşlar öz işlərini kənara qoyub başqa iş görməyə məcbur edilir. Qurumun mətbuat katibi buna nümunədir...

    Səbuhi Musa  

    Formula-1

    Monakolu pilot 37 yarışdan sonra tilsimi Böyük Britaniyada qırdı

    5.07.2026 23:31:56
    Formula-1

    "Növbəti iki yarış bizim üçün çox ağır keçəcək" – Lekler

    3.07.2026 11:40:48
    Digər idman növləri

    Hemilton “Ferrari” ilə ilk qələbəsini qazandı

    14.06.2026 20:47:28
    Formula-1

    "Formula 1" üzrə Azərbaycan Qran-prisi üçün rekord sayda müraciət

    8.05.2026 13:09:49
    Digər idman növləri

    "Formula 1" üzrə Azərbaycan Qran-Prisində növbəti ulduz qonaq

    6.05.2026 12:09:27
    Digər idman növləri

    "Formula 1" üzrə Azərbaycan Qran-prisinə könüllü qeydiyyatı başladı

    4.05.2026 13:57:45
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Klublarımızın oyunları 3 fərqli telekanalda

    20.07.2026 23:52:11

    FIFA Argentina millisi ilə bağlı araşdırmalara başladı

    20.07.2026 23:16:12

    "Qarabağ"ın rəqibi yeni mövsümə xal itkisi ilə başladı

    20.07.2026 22:18:19

    Montiel "Qarabağ"dan buna görə kənarlaşdırılıb - ŞOK SƏBƏB

    20.07.2026 21:49:55

    I Liqa klubu yeni qapıçı transfer etdi

    20.07.2026 21:20:07

    "Araz-Naxçıvan" böyükhesablı qələbə qazandı

    20.07.2026 20:59:39

    Sabiq baş məşqçi vəfat etdi

    20.07.2026 20:18:04

    “Azərbaycanda uşaq-gənclər futbolunun yeni təməlini qoyuruq” – Tahir Süleymanov

    20.07.2026 19:56:11

    "Şamaxı"dan heç-heçə

    20.07.2026 19:24:15

    "Özümüzü qələbəyə "ac" hiss edirik" - "KuPS"un qapıçısı

    20.07.2026 18:56:36

    "KuPS" güclü rəqibdir, 1 həftədir onları təhlil edirik" - Coy-Lens Mikels

    20.07.2026 18:23:27

    "İcazə verin, ilk növbədə sabahkı oyuna köklənək" - Valdas Dambrauskas

    20.07.2026 17:57:02

    "Sabahkı oyunun favoriti "Sabah"dır" - "KuPS"un baş məçqçisi

    20.07.2026 17:39:50

    "Sabahın Ulduzları" qayıdır - Sponsorla müqavilə imzalandı

    20.07.2026 17:12:15

    "AFFA-nın uşaq futbolu ilə bağlı layihələri var" - Edmond Klaus

    20.07.2026 16:58:10
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved