"Biz avqustda Bakıda keçiriləcək atıcılıq üzrə dünya çempionatında iştirak etmək istəyirik. Əgər bizə təhlükəsizlik zəmanəti verilsə, biz Bakıya böyük heyətlə yollanacağıq".
Prosport.Az xəbər verir ki, bunu atıcılıq üzrə Ermənistan millisinin baş məşqçisi Seyran Nikoqosyan deyib.
O, news.am-a açıqlamasında Bakıdakı dünya çempionatında 15 nəfərlə iştirak etmək istədiklərini bildirib:
"Dünya çempionatı 14 avqustdan sentyabrın 3-dək Bakıda keçiriləcək. Biz məktub yazmışıq, cavab gözləyirik. Rəhbərliyimiz Bakıya getmək istəyimizə müsbət reaksiya verdi. Təhlükəsizlik zəmanəti tələb etmişik. Komandamızın heyətində 15 nəfər olacaq",

