Azərbaycan Basketbol Federasiyasının prezidenti Emin Əmrullayev Fransaya səfəri zamanı Fransa Basketbol Federasiyasının prezidenti Jan-Piyer Siyuta ilə görüş keçirib.
Prosport.az xəbər verir ki, Parisdə keçirilən görüş zamanı 2 ölkə arasında basketbol üzrə təcrübə mübadiləsinin aparılması və qarşıdakı planlar barəsində söhbət baş tutub.
Görüşün sonunda tərəflər bir-birinə simvolik milli hədiyyələr verib, xatirə şəkilləri çəkdiriblər.
Sonda qeyd edək ki, may ayında Almaniyanın Münxen şəhərində keçiriləcək seçkilərdə FIBA-nın Avropa üzrə prezidentliyinə 2 namizəddən biri məhz cənab Jan-Piyer Siyutadır.

