Yeniyetmə oğlanlardan ibarət milli yığmanın üzvləri iyunun 5-dən etibarən Bakıda təşkil olunan təlim-məşq toplanışında iştirak edirlər.
Prosport.Az xəbər verir ki, əsasının texniki-taktiki hazırlıq təşkil edən hazırlıq prosesinə 25 idmançı qatılıb.
İdmançılara yeniyetmələrədn ibarət milli yığmanın baş məşqçisi Rüstəm Alimli, məşqçilər Emil İskəndərov və Nicat Şıxəlizadə rəhbərlik edir. Təlim-məşq toplanışı iyunun 17-nə kimi davam edəcək.
Xatırladaq ki, hazırlıq prosesi 22-25 iyun tarixlərində Portuqaliyanın Koimbra şəhərində keçiriləcək Avropa çempionatına hazırlıq məqsədi daşıyır.

