Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Cüdo
    Avropada 1-ci olan yığmamızın baş məşqçisinə mükafat təqdim olundu – FOTO
    8.09.2024 11:16:28

    Azərbaycanın gənclərdən ibarət cüdo yığması Estoniyanın paytaxtı Tallində təşkil olunan Avropa çempionatında tarixi nəticə qazanıb.

    Prosport.Az xəbər verir ki, yarışa gənc oğlanlardan ibarət yığmanın baş məşqçisi Elxan Məmmədov, məşqçi Elxan Rəcəbli, qadınlardan ibarət yığmanın məşqçiləri Elnur İsmayılov və İmamverdi Məmmədovun rəhbərliyi ilə qatılan 16 (9 oğlan, 7 qız) cüdoçu fərdi yarışlarda 4 qızıl, 2 gümüş, 2 bürünc olmaqla 8 medal əldə edib.

    Qızlardan Könül Əliyeva (48 kq) və Fidan Əlizadə (57 kq), oğlanlardan Vüsal Qələndərzadə (73 kq) və Süleyman Şükürov (81 kq) bütün rəqiblərini məğlub edərək Avropa çempionu olub. Nizami İmranov (60 kq), Aslan Kotsoyev (90 kq) gümüş, Tuncay Şamil (90 kq) və Kənan Nəsibov (+100 kq) bürünc mükafata sahib çıxıb. İdmançılarımızdan Xədicə Qədəşova (52 kq) və Ramazan Əhmədov (+100 kq) isə çıxışlarını 7-ci sırada başa vurub.

    Beləliklə, Azərbaycan ümumi komanda hesabında 39 ölkə arasında 1-ci yeri tutub. Ölkəmiz, həmçinin oğlanların sıralamasında 1-ci, qızların sıralamasında 2-ci nəticə göstərib. Bu münasibətlə milli yığmamız Avropa Cüdo Birliyi tərəfindən mükafata layiq görülüb. Həmin mükafat baş məşqçi Elxan Məmmədova təqdim olunub. Növbəti dəfə ölkəmizin bayrağı ucaldılıb, himni səsləndirilib.

    Qeyd edək ki, gənclər arasında Avropa çempionatında 4 cüdoçumuzun qızıl medal qazanmağı Azərbaycan tarixində bir ilk olub. Bundan əlavə, yüksək performans göstərən qızlarımız 25 illik aradan sonra ölkəmizə bu yarışın qızıl medallarını qazandırıb, 1999-cu ildə qeydə alınan rekordu təkrarlayıblar (həmin vaxt İtaliyanın paytaxtı Romada Nigar Cabbarova və Kifayət Qasımova bu uğura imza atıb).

    Onu da bildirək ki, bu gün Avropa çempionatında komanda yarışları keçirilir.

    Müsahibə

    "Balabəy Ağayevə qarşı daha çox haqsızlıq edilib" – Natiq Bağırov

    19.04.2026 16:47:35
    Cüdo

    Olimpiya çempionumuz niyə bürünc medal görüşünə buraxılmadı? – SƏBƏB

    19.04.2026 15:19:43
    Cüdo

    Azərbaycan cüdo üzrə Avropa çempionatını 4 medalla başa vurdu – YENİLƏNİB

    19.04.2026 14:46:20
    Cüdo

    Nazir Avropa 3-cüsü olan cüdoçunu təbrik etdi

    18.04.2026 23:53:08
    Cüdo

    Azərbaycanın Avropa çempionatındakı yeri dəyişdi

    18.04.2026 17:51:55
    Cüdo

    "Dünya çempionatında məndən qızıl medal gözləyin" – Zelim Tçkayev

    18.04.2026 17:22:25
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "9 oyun sonra gələn qələbə komandanın əhvalı üçün vacibdir" - Saşa İliç

    19.04.2026 22:12:11

    "2 dəfə boş qapıya vura bilmədik" - Kaxaber Sxadadze

    19.04.2026 21:37:57

    "Tribunaların dolmasını istəyirəm" – "Gəncə"nin baş məşqçisi

    19.04.2026 21:23:29

    "Bu görüş meydanda yerli oyunçulara güvənməyin vacib olduğunu göstərdi" – "Neftçi"nin məşqçisi

    19.04.2026 21:15:09

    "Sumqayıt"ın 9 oyunluq qələbəsizlik seriyası başa çatdı - VİDEO

    19.04.2026 20:29:31

    "Neftçi" və "Gəncə" yarımfinalda

    19.04.2026 19:50:56

    "I Liqadan yüksələn komanda üçün ilk ilində bu xalları yığmaq asan deyil" - Jorj Kaşkilya

    19.04.2026 19:10:14

    "Yusif şəxsən mən tərəfdən cəzalandırılacaq" - Azər Bağırov

    19.04.2026 18:49:50

    Tovuz klubu Azərbaycan çempionu oldu

    19.04.2026 18:42:18

    "İmişli" Premyer Liqada qalmağı təmin etdi - VIDEO

    19.04.2026 17:33:12

    "Sumqayıt" – "Qəbələ": HEYƏTLƏR

    19.04.2026 17:12:40

    "Balabəy Ağayevə qarşı daha çox haqsızlıq edilib" – Natiq Bağırov

    19.04.2026 16:47:35

    Olimpiya çempionumuz niyə bürünc medal görüşünə buraxılmadı? – SƏBƏB

    19.04.2026 15:19:43

    "Gəncə" Azərbaycan çempionatının 3-cüsü oldu

    19.04.2026 15:11:16

    Federasiya rəhbərliyi Avropa çempionatında çıxış edəcək idmançılarla – FOTOLAR

    19.04.2026 15:03:46
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved