3 gəncəli məşqçi tirə zərbə vurmağa çalışdı - VİDEO

Millimizin sabiq futbolçuları - Yunis Hüseynov, Vidadi Rzayev və Mahmud Qurbanov AFFA və "Paşa Sığorta"nın "Tirə zərbə" layihəsində iştirak ediblər.

Prosport.Az xəbər verir ki, əvvəlcə Qurbanov bu sahədə gücünü sınayıb. O, 10 zərbədən 3-nü vurub. Rzayev və Hüseynov isə daha az dəqiq olub - cəmi 2 dəfə.

Qeyd edək ki, hər 3 məşqçi Gəncədəndir. Yunis Hüseynov "Kəpəz"in yeni baş məşqçisi, Vidadi Rzayev isə onun köməkçisidir. Mahmud Qurbanov isə əsas millimizdə məşqçi işləyir. Onun U-21 millimizə baş məşqçi təyin olunması gözlənilir. 

  • Saytın müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.