Emin Mahmudov: "Rus dilini bilənlərlə danışıram" - VİDEO

"Neftçi"nin yeni transferi Emin Mahmudov bu keçiddən sonra ilk açıqlamasını verib.

Prosport.Az xəbər verir ki, 25 yaşlı dayaq yarımmüdafiəçisi "Neftçi” TV-yə bunları bildirib:

"Neftçi”yə gəldiyimə görə şadam. Komandaya çətin vəziyyətdən çıxmaq üçün kömək etmək istəyirəm. Ona görə ki komanda yaxşı vəziyyətdə deyil. Yavaş-yavaş yüksəlmək lazımdır. Abu-hava yaxşıdır. Hamı yaxşı olmasını arzulayır. "Neftçi”nin əvvəlki səviyyəsinə qayıtmasını istəyən azarkeşlərin arzusunu reallaşdırmaq üçün hamımız çalışırıq. Ruslan Abışov mənə çox kömək edir, digər komanda yoldaşlarım da köməklərini əsirgəmirlər. Hər bir futbolçumuzla yaxşı münasibətim var, portuqal dilini bildiyim üçün legionerlərlə də ünsiyyət qura bilirəm. Azərbaycan, rus dillərini bilənlərlə danışıram. Buna görə də uyğunlaşma prosesi asan keçir. Meydana məğlub düşüncələrlə çıxmaqdansa, çıxmamaq yaxşıdır. Yalnız qələbə haqda düşünməliyik. Ümid edirəm ki, alınacaq, qalib gələcəyik. Bilirik ki, bizə qələbə qazanmaq lazımdır”.

Qeyd edək ki, Portuqaliyanın "Boavişta" klubundan ayrılmış Emin Mahmudov "Neftçi" ilə mövsümün sonunadək anlaşıb.

 

  • Saytın müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.